Arxiv
22 Aprel 2019, 18:42 | AKTUAL
Ermənistanın əhalisi iki dəfə azalacaq – BMT açıqladı

BMT-nin iqtisadi və sosial sorğular departamenti hesab edir ki, 2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyonu keçəcək (11 milyon 39 min). Amma sonrakı 50 ildə 9 milyon 558 min nəfərə qədər azalacağıq.

 

Modern.az xəbər verir ki, BMT 2020-ci, 2030-cu, 2050-ci və 2100-cü illər üçün proqnozunu açıqlayıb. Proqnoza görə, gələn ilə qədər ölkə əhalisi daha 99, 11 il ərzində isə 680 min nəfər artacaq.

Birləşmiş Millətlər Təşkilatı | Foto: Pixabay.com

Hesabat başqa Qafqaz ölkələri barədə bədbin düşüncəyə əsas verir. Ermənistan əhalisi 2100-cü ilə qədər az qala iki dəfə azalacaq. İndi qonşu-düşmən ölkədə təxminən 3 milyon 66 min nəfər yaşayır. Bundan sonra ermənilərin sayı yalnız azalan xətt üzrə gedəcək. Əsrin sonunda Ermənistanda cəmi 1,793 milyon adam qalacaq.

 

Gürcüstanda da xeyli azalma olacaq. Rəsmi rəqəmlər 3 milyon 717 min nəfərdən danışır. 2100-cü ildə bu ölkədə 2 milyon 438 min adamın yaşayacağı proqnozlaşdırılır.

 

Dünya əhalisinin 7,7 milyarda çatdığını bilirsiniz. Əsrin sonunda say 11 milyardı aşacaq. İndi ikinci olan hindistanlılar birinci pilləni ələ keçirəcək. Hindistanda əhali 1,516 milyarda çatacaq. Çində xeyli azalma gözlənilir. İndi Asiya dövlətində yaşayanların sayının 1,4 milyardı ötdüyü hesab olunur. BMT 2100-cü ildə orada 1 milyard 20 min insanın qalacağını proqnozlaşdırır.

 

Kəskin azalma və artma gözlənilən ölkələr var. Məsələn, Yaponiyada əhali 1,5 dəfə azalaraq, 84 milyona düşəcək. Rusiyada 124 milyon insan yaşayacaq. Almaniya təxminən 10, İtaliya 8 milyon nəfər itirəcək. BMT Ukrayna ilə bağlı lap bədbindir. Təşkilat hesab edir ki, 2100-cü ildə bu ölkədə uzağı 28 milyon nəfər məskunlaşacaq.

 

Ən çox artım Afrika ölkələrində gözlənilir. Məsələn, Nigeriyada 80 il ərzində əhali 4 dəfədən çox artacaq. Bu ölkənin 793 milyon nəfərlə üçüncü pilləyə yüksələcəyini ehtimal edirlər. Uqandada əhali artımı az qala kosmik sürət alacaq. Beş dəfə artım gözlənilir. Uqandada 213 milyon nəfərin olacağı bildirilir.

 

ABŞ dördüncü yerdə qalacaq (447 milyon). Konqo Demokratik Respublikası böyük sıçrayışla beşinci pilləyə yüksələcək (378 milyon). Pakistan yenə liderlər qrupunda olacaq (351 milyon). (Bizimyol.info )

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47