Modern.az

Qazaxıstan nefti Bakı-Supsa boru kəməri ilə Qara dənizə çatdırılacaq

Qazaxıstan nefti Bakı-Supsa boru kəməri ilə Qara dənizə çatdırılacaq

22 Aprel 2019, 21:42

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Qazaxıstana işgüzar səfər edib. Modern.az  “Report”a istinadən xəbər verir ki, səfər çərçivəsində N.Turnava Qazaxıstanın Energetika naziri Kanat Bozumbayevlə görüş keçirib.

Görüşdə qeyd olunub ki, dünyada ən iri neft hasilatçısı və tədarükçülərindən biri olan Qazaxıstan tranzit marşrutlarının diversifikasiyası və neft məhsullarının tranzitinin arıtırlmasında maraqlıdır. Bildirilib ki, Qazaxıstan 2013-cü ildən etibarən ilk dəfə olaraq 2018-ci ildə rekord həcmdə neft ixrac edib.

Gürcüstan tərəfi Bakı-Supsa boru kəmərini Qazaxıstan neftinin ixracı üçün alternativ dəhliz təklif edib. Qeyd olunub ki, bu, öz növbəsində, xammal neftin Qara dəniz bazarına çatdırılmasına imkan yaradacaq.

Tərəflər vurğulayıb ki, Qazaxıstan Gürcüstan və Azərbaycanla birgə Avropa-Asiya tranzit dəhlizinin bir hissəsidir və koordinasiya edilmiş fəaliyyət dəhlizə əlavə yüklər cəlb edə bilər.

Nazirlər Gürcüstan və Qazaxıstan arasında energetika sahəsində prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər. N.Turnava K.Bozumbayevi bu ilin oktyabrında Tbilisidə keçiriləcək İpək Yolu Forumuna dəvət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı