Arxiv
24 Aprel 2019, 17:12 | MEDİA
Mətbuat Şurası “Təzadlar” qəzetinin adını yenidən “qara siyahı”ya SALDI

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

*** Modern.az xəbər verir ki, iclasda ilk olaraq Şuranın 2019-cu ilin yanvar-mart ayları ərzində gördüyü işlərlə bağlı məlumat dinlənilib. Bildirilib ki, Azərbaycan Mətbuat Şurasına hesabat müddətində 214 müraciət daxil olub. Onlardan 138-i media orqanlarından şikayətdir.

 

Şikayətlərin 124-ü Şuranın Katibliyində baxılib. 98 şikayət katiblikdə həllini tapıb, digər 26 şikayət isə baxılmaq üçün Şikayətlər üzrə Komissiyaya təqdim olunub. Həmin şikayətlərin əsasında qərarlar çıxarılıb. 1 qəzetin adının yenidən Şuranın “qara siyahı”sına əlavə olunması barədə  rəyə gəlinib və bununla bağlı materiallar “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib. Hesabat müddətində 10 media vasitəsinə xəbərdarlıq edilib («Press.info, «Emtv.az», «Open.az, «İstixeber.info» və s.),  15-nə isə müvafiq tövsiyyələr verilib. 14 şikayət hazırda araşdirma mərhələsindədir. Hesabat qənaətbəxş qiymətləndirilib.

 

***

 

İclasda KİV-lərin Bakıda yayımının vəziyyəti ilə bağlı Mətbuat Şurasının keçirdiyi monitorinqin nəticələri müzakirə edilib. Monitorinqin konkret məqsədi Bakı şəhərində, həmçinin, şəhərətrafı kəndlərdə və qəsəbələrdə qəzet satışının vəziyyətini, bu sahənin problemlərini və onların nədən qaynaqlandığını öyrənmək, qəzet satışı üçün nəzərdə tutulmuş köşklərin fəaliyyətini araşdırmaq, ölkədə qəzet satışının yaxşılaşdırması məqsədilə təkliflər paketi hazırlamaq olub.

 

Monitorinq zamanı müəyyənləşdirilib ki, Bakı şəhərində və ətraf kənd-qəsəbələrdə 250 köşk (176-ı Bakının özündə olmaqla) fəaliyyətdədir. Onlarda qəzet satışı istənilən səviyyədə təşkil olunmur. Köşklər məhsulla təmin edilsələr də, bir çox satıcılar qəzetləri vitrinə düzmür, oxucu tələbatını qarşılamır, qəzetləri bağlama şəklində kənar yerdə saxlayırlar.

 

Satıcıların işlərinə səhlənkar yanaşmalarının da səbəbləri var. Köşklərə qoyulan icarə haqqı həddən artıq çoxdur. Nəticədə icarədarlar icarə haqqını çıxarmaq və qazanc götürmək üçün qəzet satışından daha çox digər məhsulların, o cümlədən siqaret, alkoqollu, energetik içkilər və s. satırlar. Vəziyyətə görə məsuliyyəti isə Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. İH “Köşkpress”lərin qəzet satışı üçün nəzərdə tutulduğu barədə icarədarları müntəzəm məlumatlandırmalı və qaydalara əməl etməyənlər üçün cəza metodları hazırlamalıdır.

 

Köşk başına verilən qəzetlərin sayı məsələsi də önəmlidir. “Əks-səda” firması redaksiyalarla bağladığı müqaviləyə əsasən hər köşkə satılıb-satılmamasından asılı olmayaraq 1 nüsxə qəzeti pulsuz çatdırır. Əlavə nüsxələrin satılmayacağı təqdirdə isə daşınma xərci nəzərdə tutulur. Elə redaksiyalar var ki, qəzetlərinin satışının zəif olduğu halda hər köşkdə bir neçə nüsxə qəzetin olmasını tələb edir. Firma bunu özünə yük sayır. Belə hallar da olur ki, qəzet satışının zəifliyi əsas götürülərək bəzi köşklərə müəyyən qəzetlər ümumiyyətlə çatdırılmır.

 

“Əks-səda”dan başqa firmaların fəaliyyətində də çatışmazlıqlar var. Ən böyük problem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Poçt Daşıma Mərkəzinin rayonlara qəzet daşınması ilə bağlıdır. PDM müəyyən haqq qarşılığında qəzetlərin və firmaların abunələrini Azərbaycanın rayonlarına çatdırılmasını üzərinə öhdəlik kimi götürsə də, məlum olmayan səbəblərdən qəzetlər ünvanına vaxtında çatdırılmır, bəzənsə ümumiyyətlə çatdırılmır. Bu, abunəçilərdə, redaksiyalarda narazılıq doğurur. Onlar ziyana düşürlər. Belə hallar da olur ki, satıcılar qəzetləri oxuculara satmır, müəyyən məbləğ qarşılığında oxumalarına və geri qaytarmalarına şərait yaradır.

 

Monitorinq qrupu mövcud durumdan çıxmaq üçün müəyyən təkliflər də irəli sürür. Həmin təkliflər sırasında qəzet yayımı işinin tam müstəqil olması üçün tədbirlərin həyata keçirilməsini, bu xüsusda Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının prosesdə hər hansı şəkildə iştirakının aradan qaldırılmasını, müstəqil yayım firmalarına şəraitin yaradılmasını, Bakı bulvarında, parklarda, şəhərin mərkəzi küçələrində, bazarlarda və s. yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Təkliflərə eyni zamanda Bakı Metropoliteninin stansiyalarında qəzet satışının bərpası üçün tədbirlərin görülməsi, Bakı Metropoliteninin stansiyalarının çıxışlarında qəzet köşklərinin sayının artırılması da daxildir. İclasda bu kimi məsələlər ətrafında müzakirə aparılıb və irəli sürülmüş təkliflərin ölkə rəhbərliyinə çatdırılmasına dair müvafiq tapşırıqlar verilib.

 

***

MŞ İdarə Heyətinin iclasında Şuraya yeni üvlərin qəbulu da həyata keçirilib. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.

***

İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib. Bu baxımdan “Təzadlar” qəzetinin adının Şuranın “qara siyahı”sına qaytarılması, “Aztoday.az” saytının adının isə həmin siyahıya daxil edilməsi qərara alınıb. Komissiyanın digər rəyləri üzrə ümumilikdə 18 media orqanının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müxtəlif prinsiplərini pozmasına dair eyni sayda qərar qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər... 17 İyul 2019, 12:33 Meyvə oğrusu saxlanıldı 17 İyul 2019, 12:27 Azərbaycana ət idxalı ARTIB 17 İyul 2019, 12:23 Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA 17 İyul 2019, 12:07 Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu 17 İyul 2019, 12:02 Nazir təltif edilmiş əməkdaşlara vəsiqələr və medalları təqdim etdi 17 İyul 2019, 12:01 Şamaxıda qədim məscid aşkarlandı   17 İyul 2019, 11:47 Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF 17 İyul 2019, 11:31 AQTA BMT ilə birgə baytarları təlimlərə cəlb edəcək 17 İyul 2019, 11:28 Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI   17 İyul 2019, 11:14 “Keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək” 17 İyul 2019, 11:08 Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək 17 İyul 2019, 11:05 Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO 17 İyul 2019, 11:00 İxtisas seçimi edəcək edəcək abituriyentlərin nəzərinə! 17 İyul 2019, 10:49 Xəzəri hasarlayanlar təftiş edilir - 40 min manatadək CƏRİMƏ 17 İyul 2019, 10:47 Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək   17 İyul 2019, 10:46 Şəkidə xəsarət alanların SON DURUMU 17 İyul 2019, 10:45 210 kiloqramlıq inək öldü, ətini satmaq istədi - FOTO 17 İyul 2019, 10:34 Hərbi birlikdə təlim toplantısı keçirildi 17 İyul 2019, 10:21 Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı 17 İyul 2019, 09:57 Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI 17 İyul 2019, 09:53 BMT Goranboyda cinsi zorakılıqla bağlı tədbir keçirdi 17 İyul 2019, 09:52 Yol polisindən təmir və “moyka” məntəqələrinə görə sürücülərə TÖVSİYƏ 17 İyul 2019, 09:47 Əhalinin sayı AÇIQLANDI 17 İyul 2019, 09:46