Arxiv
28 Aprel 2019, 17:50 | MEDİA
Emin Milli “Meydan TV”dən istefa verdi  

“Meydan TV”nin rəhbəri Emin Milli istefa verib.

Modern.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkədə “Əlvida Meydan TV!” adlı yazı ilə çıxış edib.

E.Milli bildirib ki, hər bir liderin ən böyük uğuru vaxtında vəzifəsindən getməkdir və arxasında elə bir komanda qoymağdır ki, o komandanın artıq sənə ehtiyacı olmasın və onlar sənsiz də işləri davam etdirə bilsinlər və daha da uğurlu olsunlar:

"Düzdür risklər var, amma sən getməsən, buna cəhd etməsən, inkişafa və proqresə də imkan verməyəcəksən və nə qədər uğurlu olduğunu heç vaxt bilməyəcəksən.

Meydan TV Azərbaycanda ən uğurlu layihələrdən biridir. Meydan TV-nin bir-iki milyon izləyicisi var, ən etibarlı məlumat mənbəyidir, insanların gündəlik problemlərinin həlli üçün də Meydan TV bir ümid yerinə çevrilib.

Bu layihə şəxsən mənim üçün çox böyük və qürurverici idarəçilik təcrübəsi oldu.

Bu uğur ilk növbədə bizim cəsarətli jurnalistlərimizin, redaktorlarımızın, işçilərimizin zəhməti və verdikləri qurbanların hesabına mümkün olub".

E.Millinin sözlərinə görə, Meydan TV-nin maliyyə problemləri olduğu haqda yayılan məlumatlar tam yalandır:


"Bu 6 ildə Meydan TV-də heç bir korrupsiya ya yeyinti halları olmadığı üçün bizim beynalxalq donorlar arasında ən təmiz imicimiz olduğu üçün, uğurlu layihə olduğumuz üçün bizim elə bir problemimiz də yoxdur.

Çox istəyirik ki, saytımıza daxil olub daha çox ianələr verəsiz ki, daha çox işlər görə bilək, xalqın səsi daha da ucadan gəlsin, amma bu genişlənmək və güclənmək üçün lazımdır. Heç kim bu məqamları səhv salmasın.

Bu illər ərzində bizi və məni dəstəkləyən hər kəsə bir daha səmimi olaraq təşəkkür edirəm! Bizi bir çox çıxılmaz vəziyyətlərdən çıxarda bildiz, biz də Sizlərin hesabına mümkünsüzü mümkün etdik, bağlı bir ölkədə azad media qura bildik.

Bundan sonra işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm.

Bu dünyada harda işə düzələcəyimnən və ya hansı yeni iş/layihə quracağımnan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sosial məsafəyə görə təyyarədə dava düşdü 28 May 2020, 00:53 Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi 28 May 2020, 00:42 Türkiyəyə meteorit düşdü - VİDEO 28 May 2020, 00:27 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 00:12 Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar 28 May 2020, 00:01 Abşeronda yanğın oldu 27 May 2020, 23:53 Bakıda qayın yeznəsini bıçaqladı 27 May 2020, 23:41 İstanbul rəmzləri Azərbaycan bayrağı rəngləri ilə işıqlandırıldı - FOTO 27 May 2020, 23:24 Cəlilabadda xəsarət alanların kimliyi bilindi 27 May 2020, 23:11 Koronavirus peyvəndi ilin sonunadək hazır olacaq - İDDİA 27 May 2020, 22:58 Karantin rejiminin müddəti iyunun 14-dək uzadıldı 27 May 2020, 22:44 İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO 27 May 2020, 22:32 Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var 27 May 2020, 22:19 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 37 460-ya çatıb 27 May 2020, 22:01 Türkiyə İdlibdə şəhid verdi 27 May 2020, 21:48 Tovuzda gənc oğlanın bilək damarı kəsilib 27 May 2020, 21:40 Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı 27 May 2020, 21:27 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 27 May 2020, 21:14 “AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur” - Azay Quliyev 27 May 2020, 20:57 Tramp qoşunların Əfqanıstandan çıxarılmasını istəyir 27 May 2020, 20:41 “Qarabağın 30 il işğal altında qalması bizim kimi Türkiyəni də alçaldır” - Deputat 27 May 2020, 20:33 “Azərbaycana dil uzadanlar layiqli cəzalarını alacaqlar” - DEPUTATLARDAN REAKSİYA 27 May 2020, 20:17 Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib 27 May 2020, 20:02 DİM: Buraxılış imtahanlarının keçirilməsinə başlanılır 27 May 2020, 19:41 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi - FOTOLAR 27 May 2020, 19:24 Deputat: "Dünyada qaçqınlar, miqrantlar və digər həssas qruplar hələ də risk altındadır" 27 May 2020, 19:17 Prezidentdən 28 may paylaşımı: “Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq" 27 May 2020, 18:55 Xaçmazda həmyerlisini yandıran şəxs qarşı cinayət işi AÇILDI 27 May 2020, 18:32 Bu tarixdən 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq 27 May 2020, 18:06 Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! 27 May 2020, 18:02 Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə 27 May 2020, 17:55 28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 27 May 2020, 17:46 Vladimir Zelenski İlham Əliyevə zəng edib 27 May 2020, 17:39 13 ölkənin baş naziri Əli Əsədova təbrik məktubu göndərib 27 May 2020, 17:22 Ədliyyə Nazirliyi: “Son 5 ildə 143 nəfər Azərbaycana ekstradisiya olunub” 27 May 2020, 17:14