Arxiv
4 May 2019, 09:57 | ÖLKƏ
Rəsmi Bakı Mnatsakanyana cavab verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın İsrailin KAN NEWS dövlət televiziya kanalına açıqlamasına münasibət bildirib.

 

Qeyd edək ki, erməni nazir İsrailin silah ticarətinin erməni xalqının məhvinə gətirdiyini, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etmədiyini söyləyib.

 

XİN mətbuat katibi Leyla Abdullayeva Modern.az-a deyib ki, bölgədə silah yarışından danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, Azərbaycan ərazilərinin beşdə birini zəbt edən və hərbi işğal altında saxlayan Ermənistan Respublikasının işğalçı siyasətinin nəticəsidir:

 

"Azərbaycanın işğal olunmuş ərazilərində tam etnik təmizləmənin həyata keçirilməsi vəziyyəti daha da ağırlaşdırır. Yəni burada söhbət bölgədə baş verən hadisələrin səbəb-nəticə əlaqələrindən gedir. Ərazi iddiaları, hərbi təcavüz və işğal, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur və bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına gətirir.

 

Ermənistan xarici işlər naziri öz müsahibəsində, həmçinin qeyd edir ki, Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, habelə bütün tərəfləri qane edəcək əsaslarda münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Lakin, “bütün tərəfləri qane edəcək” həll yolunun məqbulluğundan danışan nazir Mnatsakanyan bilərəkdən beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad olunması, öz evlərindən zorla qovulmuş azərbaycanlı əhalinin, o cümlədən münaqişənin həllində maraqlı iki tərəfdən biri olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu ərazilərə geri qayıtması ilə bağlı prinsipial mövqeyini gizlədir. Məlum olduğu kimi, beynəlxalq təşkilatların bütün müvafiq qərar və qətnamələrində, o cümlədən, ilk növbədə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində Azərbaycanın suverenliyinə və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunur”.

 

L.Abdullayeva bildirib ki, hazırda siyasi iradə nümayiş etdirilməklə münaqişənin sülh yolu ilə həlli üzrə müvafiq şərtlərin əldə olunması üçün danışıqlar prosesinin irəli aparılmasında konkret nəticələr əldə emək olar.

 

“Azərbaycan, eləcə də bütün beynəlxalq ictimaiyyətin Ermənistanın siyasi rəhbərliyindən gözləntisi budur. Lakin zaman gözləmir və aydındır ki, o, işğalçı ölkə olan Ermənistana qarşı işləyir".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müxalifət təmsilçisi PA-da keçirilən görüşdən DANIŞDI: “Ola bilər ki, bu ilin sonunda yeni bir referendumla qarşılaşaq” 29 Fevral 2020, 16:13 Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı 29 Fevral 2020, 15:51 Azərbaycan İranla sərhədi BAĞLADI 29 Fevral 2020, 15:30 AZAL Bakı-Tehran reysini məhdudlaşdırdı 29 Fevral 2020, 15:13 Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 29 Fevral 2020, 15:00 Paşinyanın “Qarabağ Azərbaycanındır” deməsi Niderlandda erməniləri çaşdırdı 29 Fevral 2020, 14:44 Bakıda narkotacirlər saxlanıldı - FOTO 29 Fevral 2020, 14:38 İran parlamenti koronavirusa görə iclas keçirməyəcək: 43 ölü, 593 yoluxma 29 Fevral 2020, 14:29 “5 il əvvəlki Əfqanıstan deyilik” – Əşrəf Qani “Taliban”ı hədələdi 29 Fevral 2020, 14:18 Moldovanın spikeri Azərbaycan səfirinə martişor hədiyyə etdi 29 Fevral 2020, 14:08 Nazirlərin rayonlarda qəbul cədvəli AÇIQLANDI 29 Fevral 2020, 13:59 Türkiyənin İdlibdə verdiyi şəhid sayı 36-ya çatdı 29 Fevral 2020, 13:48 Mağazalardan brend geyim əşyaları oğurlayan şəxs saxlanıldı 29 Fevral 2020, 13:45 Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı 29 Fevral 2020, 13:38 Sabahın hava proqnozu - güclü külək, yağış, qar... 29 Fevral 2020, 13:25 Müsavat başqanı da Prezident Administrasiyasına ÇAĞIRILDI 29 Fevral 2020, 13:14 Yol qəzalarında 3 nəfər öldü 29 Fevral 2020, 13:04 Polis qadağan olunmuş yerlərdə siqaret çəkənləri CƏRİMƏLƏYİR 29 Fevral 2020, 12:59 DGK və DİN birgə əməliyyat keçirdi 29 Fevral 2020, 12:42 Telefondan asılmaq, informasiya bolluğu huşsuzluq yaradır - PROBLEM 29 Fevral 2020, 12:35 Ali Məhkəmə Hüseyn Abdullayev və anasının şikayətinə baxacaq 29 Fevral 2020, 12:22 Azərbaycan neftinin qiyməti bir qədər də ucuzlaşdı 29 Fevral 2020, 12:08 Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı 29 Fevral 2020, 12:00 DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı 29 Fevral 2020, 11:54 İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb 29 Fevral 2020, 11:45 Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI 29 Fevral 2020, 11:36 İran parlamentinin yeni deputatı virusdan öldü 29 Fevral 2020, 11:22 Martda 15 gün iş olmayacaq 29 Fevral 2020, 11:10 Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başladı 29 Fevral 2020, 11:02 “Unudulmaz səslər” - “Cahargah”ın bənzərsiz ifaçısı Sabir Mirzəyev toyda necə aldadılıb... 29 Fevral 2020, 10:53 Koronavirusa yoluxmuş Rusiya vətəndaşından XƏBƏR VAR 29 Fevral 2020, 10:41 İrandakı bütün Azərbaycan vətəndaşları geri QAYITDI 29 Fevral 2020, 10:34 ABŞ-dan Türkiyəyə dəstək 29 Fevral 2020, 10:28 Daha bir ölkə İranla əlaqələri kəsdi - Koronavirusa görə 29 Fevral 2020, 10:20 Ordumuz genişmiqyaslı təlimlərə başlayır 29 Fevral 2020, 10:17