Modern.az

I və IV qruplar üzrə abituriyentlər “Buraxılış vərəqəsi"ni çap edə bilərlər

I və IV qruplar üzrə abituriyentlər “Buraxılış vərəqəsi

Təhsil

6 May 2019, 12:35

Mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul  imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər


Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün //eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi