Modern.az

Rusiyanı yasa boğan “Superjet 100” təyyarələri haqda bilmədiklərimiz…

Rusiyanı yasa boğan “Superjet 100” təyyarələri haqda bilmədiklərimiz…

6 May 2019, 14:36

Dünən axşam saatlarında Moskvadan Murmanska uçan “Aeroflot” Hava Yollarının Sukhoi “Superjet 100” təyyarəsinin qəzaya uğraması nəticəsində dəhşətli faciə yaşandı.

 

Rusiya rəsmiləri qəza nəticəsində 41 nəfərin öldüyünü, 37 nəfərin isə sağ qaldığını elan edib. Amma yaralılardan bəzilərinin kritik durumda olması, ölü sayının artmasına yol aça bilər.

Hadisədən sonra Rusiya rəsmilərinin “Superjet 100” təyyarələrinin istifadəsindən imtina edəcəyi söylənsə də, hələlik rəsmi qərar yoxdur və bu inandırıcıda görünmür.

Təyyarədən sağ çıxan sərnişin Dmitriy Xlebuşkin jurnalistlərə deyib ki, “təyyarəni ildırım vurub”.O, "ağ işıq partlayışı" gördüyünü deyib.

Ümumiyyətlə “Superjet 100” təyyarələrinin kifayət qədər qalmaqallı reputasioyası var. Belə ki, yalnız Rusiya aviaşirkətləri “Superjet” modelindən olan təyyarələrə sahibidir. Bütün xarici aviaşirkətlər “Superjet 100” təyyarəsindən imtina ediblər.

Modern.az qalmaqallı “Superjet 100” təyyarələri haqqında sizə qısa məlumatları təqdim edir.

 

Superjet 100” 75 ilə 90  sərnişin tutumuna malik, “fly by-wire” sisteminə sahib müasir təyyarədir. Təyyarə ilk uçuşunu 19 may 2008-ci ildə həyata keçirib. Rusiyanın hərbi təyyarələr istehsal edən “Sukhoi” və İtaliyanın “Finmessanisa” şirkətinin ortaq istehsalıdır. Şirkətin ilk vaxtlar satışına maraq güclüydü, çünki təyyarə digərlərindən 25% ucuz qiymətə satılırdı. Sonralar baş verən qəza halları isə satışı kəskin azaltdı və demək olarki, indi ancaq Rusiya özü bu təyyarələrdən istifadə edir.

Bu təyyarələrdən bir çox ölkələrə, o cümlədən Azərbaycana da təklif olunsa da, sövdələşmə baş tutmamışdı.

 

 

Məlum olub ki, 2017-ci ildə İran 100 ədəd “Superjet 100” sifariş vermişdi. Amma sonradan rəsmi Tehran sınaq üçüşlarında yaranmış problermlərə görə bu təyyarələri almaqdan imtina etmişdi.

 

Təyyarənin standartlara cavab vermədiyi faktı bir daha 2012-ci ilin mayında özünü göstərdi.

Belə ki, İndoneziyada zamanı “Superjet 100” təyyarənin radardan itməsi ilə müşaiət olunub. Sonra araşdırmalar nəticəsində məlum olub ki, təyyarə Vallak dağlarına dəyib və patlayıb. Qeyd edək ki, hadisə zamanı 44 nəfər sərnişin dünyasını dəyişmişdi.

 

Beləliklə, “Superjet 100” təyyarələrinin beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədioyi çoxsaylı sınaqlar və insidentlər zamanı üzə çıxmışdı. Moskvanın “Şeremetyevo” hava limanında baş verən qəza isə bu təyyarələrin istifadədən çıxarılması üçün ciddi əsas ola bilər.

 

 

 

Novruz NOVRUZLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir