Arxiv
7 May 2019, 16:36 | PARLAMENT
Oruc tutan DEPUTATLAR: “Həm Tanrıya yaxın oluruq, həm də rahatlıq tapırıq”

On bir ayın sultanı Ramazan ayını yaşayırıq. Bu müqqəddəs ay boyu bəndələrə oruc tutub, namaz qılmaq, Allaha şükr etmək vacib buyrulub. Müsəlman ölkəsi olduğundan Azərbaycanda da Ramazan ayı boyunca insanların əksəriyyət qismi oruc tutur.Son bir neçə ildə Ramazanın yay aylarına təsadüf etməsi oruc tutanları bir növ sınağa çəkib. Yayın istisinə baxmayaraq, inanclı insanlar nəfsləri ilə mübarizə aparıb bu əziyyətli və bir o qədər də savablı ayı oruc tutmaqla keçirirlər.  Bu sırada Mili Məclisin bəzi deputatları da var.


Maraqlıdır bu il oruc tutan deputatlar arasında kimlər var? Əvvəlki illərdə  necə, onlar oruc tutublar? Bu barədə Modern.az olaraq deputatlar arasında sorğu keçirdik.

 

Hadı Rəcəbli: “Ənənəvi olaraq hər il oruc tuturam, bu il də orucam. Xanımım və qızlarımın hər ikisi Hacı xanımdır. Bəzən səfər və ya hər hansı tədbirlə əlaqədar orucu pozmaq məcburiyyətində qalıram. Belə olan halda da sonradan başqa formada onu yoluna qoymağa çalışıram. Sağlamlığım imkan verəcəyi müddətə qədər bunu icra edəcəm. Oruc tutmaqla Tanrıya daha yaxın olmaqla bərabər  həm də fizioloji cəhətdən rahat oluruq”.

Kamilə Əliyeva: “Hər il Ramazan ayı boyunca oruc tuturam. Bu il də ənənəni pozmamışam. Ayın sonunadək oruc tutacam”. 


Tahir Süleymanov: “
Bu il səhhətimlə əlaqədar oruc tuta bilməyəcəm. Əvvəlki illərdə isə oruc tutmuşam”.

Jalə Əliyeva: “Bu il oruc tuta bilməyəcəm. Əvvəlki illərdə imkan olduğu qədər oruc tutmuşam. Bütün Ramazan ayı boyunca  olmasa da, müəyyən günlərdə oruc olmuşam”.

Fəzail Ağamalı: “Səhhətim imkan vermədiyi üçün bu ay oruc tuta bilməyəcəm. Oruc olmasam da, iftar süfrəsi açmağı planlaşdırıram. Ümumiyyətlə, indiyədək oruc tutmamışam. Səhhətim imkan verdiyi vaxtlarda - yəni gənc yaşlarımda  oruc tutmaq qadağan idi, indi də sağlamlıq  imkan vermir”.

Fazil Mustafa: “Bütün müsəlmanlar nə etməlidirsə mən də onu edirəm. Əlbəttə ki, oruc tuturam. Artıq 30 ildir ki, Ramazan ayı boyunca oruc oluram” .

Siyavuş Novruzov: “Hər il oruc tutub namaz qılıram. İllərdir ki, bunları edirəm. Namazı ancaq orucluq ayında qılıram. Orucluq təkcə yeməklə ölçülməməlidir. Bəzi məsələlər var ki, insanlara düzgün çatdırılmır. Orucluq tək qidada məhdudiyyət demək deyil. Bütün cəhətlərdə məhdudiyyət deməkdir. Orucluq insan iradəsinin yoxlanılmasıdır. Görək insanın aclığa iradəsi çatır, yoxsa, yox. Yalan danışmaq günahdırsa, orucluqda ikiqat günahdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bütün Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər... 17 İyul 2019, 12:33 Meyvə oğrusu saxlanıldı 17 İyul 2019, 12:27 Azərbaycana ət idxalı ARTIB 17 İyul 2019, 12:23 Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA 17 İyul 2019, 12:07 Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu 17 İyul 2019, 12:02 Nazir təltif edilmiş əməkdaşlara vəsiqələr və medalları təqdim etdi 17 İyul 2019, 12:01 Şamaxıda qədim məscid aşkarlandı   17 İyul 2019, 11:47 Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF 17 İyul 2019, 11:31 AQTA BMT ilə birgə baytarları təlimlərə cəlb edəcək 17 İyul 2019, 11:28 Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI   17 İyul 2019, 11:14 “Keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək” 17 İyul 2019, 11:08 Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək 17 İyul 2019, 11:05 Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO 17 İyul 2019, 11:00 İxtisas seçimi edəcək edəcək abituriyentlərin nəzərinə! 17 İyul 2019, 10:49 Xəzəri hasarlayanlar təftiş edilir - 40 min manatadək CƏRİMƏ 17 İyul 2019, 10:47 Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək   17 İyul 2019, 10:46 Şəkidə xəsarət alanların SON DURUMU 17 İyul 2019, 10:45 210 kiloqramlıq inək öldü, ətini satmaq istədi - FOTO 17 İyul 2019, 10:34 Hərbi birlikdə təlim toplantısı keçirildi 17 İyul 2019, 10:21 Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı 17 İyul 2019, 09:57 Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI 17 İyul 2019, 09:53 BMT Goranboyda cinsi zorakılıqla bağlı tədbir keçirdi 17 İyul 2019, 09:52 Yol polisindən təmir və “moyka” məntəqələrinə görə sürücülərə TÖVSİYƏ 17 İyul 2019, 09:47 Əhalinin sayı AÇIQLANDI 17 İyul 2019, 09:46 Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT 17 İyul 2019, 09:44