Arxiv
9 May 2019, 08:40 | DİASPOR
Sankt-Peterburq Universitetinin azərbaycanlı professoru

Doğulub boya-başa çatdığı dədə-baba yurdu tez-tez yuxularına girir. Bu yurdu qarış-qarış gəzib dolaşır. Elə ki, döngələrindən keçib, küçələrindən ötüb ayağı çəmənliyə dəyir, doğma torpağın tanış qoxusu onu yuxudan oyadır. Gözləri yaşarır, köks ötürür. Ağdam üçün burnunun ucu göynəyir…


Haqqında söhbət açdığım Niyaz Niyazov 1967-ci ildə Ağdam şəhərində dünyaya gəlib. 1984-cü ildə orta təhsilini bu şəhərin 7 nömrəli məktəbində bitirib. Eyni zmanda 1975-1980-ci illərdə rayonun musiqi məktəbinin tar sinifində oxuyub. 1984-cü ildə indiki Sankt-Peterburq Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunub. Bir il sonra onu hərbi xidmətə çağrıblar. 1985-1987-ci illərdə sovet ordusu sıralarında əsgərlik edib. Ordudan təxris olunduqdan sonra tələbəsi olduğu universitetdə təhsilini davam etdirməyə başlayıb. 1991-ci ildə ali təhsilini başa vuraraq Azərbaycana qayıdıb. Bir ildən sonra yenidən Sankt-Peterburqa üz tutub. Bu dəfə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin tarix fakultəsində həm çalışıb və həm də aspiranturada elmi işlə məşğul olub. 1997-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2000-ci ildən Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr fakultəsində çalışır. Əvvəlcə dosent işləsə də hazırda fakultənin professoru və həm də beynəlxalq əlaqələr kafedrasının müdiridir. 2012-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. "Əməkdar Təhsil İşçisi"dir…


…Atası Sabir Niyazov bir vaxtlar Ağdam rayon Komsomol Komitəsinin birinci katibi, sonra Rayon Partiya Komitəsinin ikinci katibi işləyib. Ömrünün son illərində Ağdamda işıq üzü görən "Lenin yolu" qəzeti redaksiyasının rəhbəri olub. 1982-ci ildə vəfat edib. Anası Solmaz Qurbanova Ağdam rayon Uşaq Xəstəxanasında pediator həkim işləyib. 1987-ci ildə dünyasını dəyişib…


Ən böyük arzusu işğal altındakı torpaqlarımızın tezliklə azadlığa çıxmasıdır. Bir alim kimi Azərbaycan həqiqətlərinin Sankt-Peterburq ictimaiyyətinə çatdırılmasında xidmətləri vardır. Azərbaycan haqqında elmi məqalələrlə, Qarabağla bağlı publisistik yazılarla dövri mətbuatda tez-tez çıxışlar edir. Bacardığı qədər azərbaycanlıların diaspor təşkilatlarının tədbirlərinə qatılır. Torpaqla ünsiyyətdə olmağı çox sevir. Şəhər kənarında fərdi bağ da alıb. Asudə vaxtlarında orada işləməkdən ləzzət alır. Necə deyərlər, əlləri qızıldır. Evini, məişət əşyalarını ozü təmir etməyi xoşlayır. Muğamlarımızdan tutmuş repə qədər Azərbaycan musiqiqini dinləməkdən yorulmur…


…Ömür-gün yoldaşı Qalina Niyazova siyasi elmlər namizədidir. Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr fakultəsində ingilis dili müəllimi işləyir. İki övladı vardır. Oğlunun adı Sabir, qızının adı isə Nərminədir…


Hobbisi çox qəribədir. Kiçik plasmas, dəmir lövhəciklərdən hərbi maşınların maketlərini yığır. İndi də Azərbaycan istehsalı olan hərbi maşınların kiçik maketləri üzərində çalışır. Onları mənə göstərdikcə heyrətə gəlirdim. Və həm də düşüncələrimdə ondakı bu hobbinin haradan qaynaqlandığını araşdırırdım. Deyəsən tapmışam: Axı hər bir qarabağlı həm də hər an döyüşə atılmağa hazır, ehtiyatda olan bir döyüşçüdür. Döyüşçü isə hərbi texnikanı yaxşı tanımalıdır…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08