Modern.az

Avtoxuliqanlar saxlanıldı - FOTOLAR

Avtoxuliqanlar saxlanıldı - FOTOLAR

16 May 2019, 13:15

Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də  piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan iki sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Bu haqda Modern.az-a DİN mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumatda bildirilib.

 

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Quba rayon sakinləri  Fərid Rzayev və Ramazan Sərkərov müxtəlif vaxtlarda rayonun bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri, eləcə də rayon ərazisində bir-biri yarışaraq qəza şəraiti yaratdıqları məlum olub.

 

“VAZ 21015” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər iki sürücü Quba Rayon Məhkəməsi tərəfindən 1 ay müddətində  inzibati qaydada həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi