Modern.az

Gömrükçülər 4 min siqaret aşkarladı

Gömrükçülər 4 min siqaret aşkarladı

22 May 2019, 11:49

Gömrükçülər 4 min ədəd siqaret aşkarlayıblar.

Bu haqda Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının üst hissəsində gizlədilmiş 4 min ədəd "King" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi