Arxiv
23 May 2019, 09:27 | AKTUAL
Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV

Dünyanın müxtəlif muzeylərində Azərbaycana məxsus bir çox milli mədəniyyət, incəsənət, ədəbiyyat nümunələri saxlanılır. Xüsusilə tarixi özündə əks etdirən xalçalarımıza dünya muzeylərində daha çox rast gəlmək mümkündür. Gürcüstanda Azərbaycan xalçaları ilə bağlı böyük kolleksiya var. Türkiyənin Əsgəri Muzeyində də Şirvanşahlar dövrünə aid olan qılınc, dəbilqə geyim və sair əşyalar sərgilənir.

 

Təəssüüf ki, dünyanın bəzi muzeylərində nümayiş etdirilən həmin eksponatlar bir sıra hallarda Azərbaycana aid olmayan əşya kimi təqdim olunur. Məsələn, “Ermitaj” muzeyində Azərbaycan eksponatlarını İrana bağlayırlar.

Maraqlıdır, dünyanın müxtəlif muzey və kolleksiyalarında saxlanılan Azərbaycanın milli mədəniyyət və incəsənət nümunələrini ölkəmizə gətirə bilərikmi?

Bununla bağlı hansı işlər görülməlidir?

Mədəniyyət Nazirliyi, xaricdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana aid olan mədəniyyət, incəsənət, ədəbiyyat nümunələrinin ölkəmizə gətirilməsi mümkün ola bilərmi?

 


Mədəniyyət naziri Əbülfəs Qarayev Modern.az-a eksklüziv  açıqlamasında dünya muzeylərində saxlanan eksponatların ölkəyə gətirilməsinə heç də müsbət tərəfdən baxmadığını vurğulayıb:

 “Dünyanın istənilən ölkəsində Azərbaycana aid olan tarixi-mədəniyyət və incəsənət nümunələri var ki, onların Azərbaycana məxsusluğu qeyd olunmalıdır. Dünya muzeylərində saxlanan mədəniyyət və incəsənət nümunələrini Azərbaycana gətirməyin bizə nə xeyri var?! Bu zaman ölkəmizə gətirib həmin eksponatları saxlamaqla nə qazanacağıq?! Əsas odur ki, mədəniyyət və incəsənət nümunələrimiz xarici muzeylərdə saxlansın və dünya xalqları da xalqımızın zəngin mədəniyyətə malik olduğunu görsünlər”.

Əbülfəs Qarayev dünyanın bəzi muzeylərində Azərbaycana aid olan nadir eksponatların İranın adına bağlanmasına da toxunub:

 

“O istiqamətdə iş aparırıq. Dünyanın müvafiq muzeyləri ilə əlaqə saxlayırıq. Mütəxəssislərimizi göndərmişik, məsələni araşdırırlar. Harada anlaşılmazlıq varsa, dərhal həll edirlər”.

Mədəniyyət naziri həmçinin dünya muzeylərində qorunub saxlanan bəzi əşyaların sığortalanması istiqamətində işlərin aparıldığını da əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranın vitse-prezidenti də koronavirusa yoluxdu 27 Fevral 2020, 18:18 Keçmiş səfir koronavirusdan öldü 27 Fevral 2020, 18:16 Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub - FOTO 27 Fevral 2020, 18:07 Sumqayıt hadisələri barədə obyektiv yazı erməniləri TƏŞVİŞƏ SALDI 27 Fevral 2020, 18:00 UNEC-də beynəlxalq konfrans - FOTO 27 Fevral 2020, 17:56 Pənah Hüseyn Prezident Administrasiyasındakı görüşdə 4 partiyanı təmsil edib 27 Fevral 2020, 17:50 BMU-də icbari tibbi sığorta  ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO 27 Fevral 2020, 17:44 MSK sənədləri fevralın 26-da təqdim edib,... məlumat veriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİ 27 Fevral 2020, 17:44 Bakıda işıqların sönməsinin səbəbləri AÇIQLANDI 27 Fevral 2020, 17:38 Türk Hava Yollarının Naxçıvana uçuşları dayandırmasının SƏBƏBİ - deputat açıqladı 27 Fevral 2020, 17:32 TƏBİB Astara Mərkəzi Xəstəxanasındakı biabırçılığı etiraf etdi 27 Fevral 2020, 17:25 Elçin Quliyev istefaya göndərilən generallarla görüşdü - FOTO 27 Fevral 2020, 17:19 İşıq sönən metro stansiyaları açıldı - YENİLƏNİB 27 Fevral 2020, 17:16 TƏBİB koronavirusla bağlı broşürlər hazırladı 27 Fevral 2020, 17:15 Yardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandı 27 Fevral 2020, 17:11 Cenevrə Konservatoriyasının ən gənc tələbəsi - 11 yaşlı azərbaycanlı qız... 27 Fevral 2020, 17:06 Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb 27 Fevral 2020, 17:00 Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası TƏSDİQLƏNDİ 27 Fevral 2020, 16:55 İtaliyada koronavirusdan ölənlərin sayı 14-ə çatdı 27 Fevral 2020, 16:50 Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ 27 Fevral 2020, 16:40 Təkrar seçki keçiriləcək dairələrdə lider namizədlər iştirak edəcək? 27 Fevral 2020, 16:35 Yeni Ombudsman Milli Məclisdə hesabat verəcək 27 Fevral 2020, 16:28 Goranboyun Qurbanzadə kəndində səyyar qəbul keçirilib 27 Fevral 2020, 16:22 Bakının bir hissəsində elektrik enerjisinin verilişi dayandı 27 Fevral 2020, 16:17 "Azərişıq" sayğaclara müdaxilə halları aşkarladı 27 Fevral 2020, 16:11 Türk Hava Yolları uçuşları bərpa edib – Naxçıvan Səhiyyə Nazirliyi 27 Fevral 2020, 16:09 Prezident  Artur Rasi-zadəni qəbul edib - FOTO 27 Fevral 2020, 16:07 Bakıda yol qəzası “20 Yanvar” dairəsində tıxac yaradıb 27 Fevral 2020, 16:02 Binəqədi rayon İcra Hakimiyyəti hesabat verdi - FOTO 27 Fevral 2020, 15:58 Əməkhaqqı kartları ictimai işçilərə şəxsən təhvil veriləcək - İcra başçılarına pis xəbər  27 Fevral 2020, 15:52 İsraildə də koronavirus tapıldı 27 Fevral 2020, 15:48 Xəzərdə zəlzələ olub 27 Fevral 2020, 15:47 Rusiya təyyarəsi Türkiyə ərazisində uçuş həyata keçirdi 27 Fevral 2020, 15:45 Bakıda sürücü və satıcıya qarşı soyğunçuluq edənlər saxlanıldı 27 Fevral 2020, 15:43 BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə məhəl qoymur - Ramiz Həsənov 27 Fevral 2020, 15:41