Modern.az

Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ

Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ

Aktual

23 May 2019, 16:37

Son illər gənc oğlanlar üçün çox mühim problemə çevrilən məsələlərdən bir, təbii ki, üzlərində tükün az çıxaması, yaxud çıxmaması ilə bağlı olur. İndi bu problemdən əziyyət çəkən gənclər müxtəlif kremlər, yaxud kosmetik vasitələrə al atırlar.

Üzə tük çıxartmaq üçün istifadə olunan krem və digər vasitələrin orqanizmə hər hansı ziyanı ola bilərmi?
Həkim Həmid Mustafayev Modern.az-a bildirib ki, krem və dərmanların ziyanı yoxdur:

“Amma hormon yoxlanılmalıdır və testosterona baxılmalıdır. Sonra kremlər, yaxud dərmanlar istifadə oluna bilər. Əgər üzdə tük çıxmırsa, oğlan uşaqlarında testosteron dəyərləndirilməlidir. Yəni həmən şəxsin yaşına uyğun normada olub-olmamağına baxılmalıdır. Əgər testosteron yetişməzliyi varsa, testosteronla simuliyasiya olunmalıdır (bir neçə gün tabletka şəklində qəbul edilir). Bir müddət sonra tüklənmə prossesi başlayır. Bəzən onlar kosmetik vasitələrdən istifadə edirlər, yaxud minoksidil vururlar. Bunlar da tüklənməyə səbəb olur. Minoksidilin təsir mexanizmi  fərqlidir. Yerli olaraq tük falekullarını qıcıqlandırır və tükü çıxarır. Amma ən yaxşı halda endokrinoloqa müraciət etmək lazımdır”.


H.Mustafayev deyib ki, bu kimi krem və dərmanlar həkimdən icazəsiz qəbul olunmamalıdır:

“Dərmanlar həkimdən icazəsiz qəbul olunmamalıdır. Oğlanlar yetkinlik yaşına çatanda onlarda testosteron artımı başlayır. Əgər şəxs tüklənmədən geri qalırsa, gecikirsə, yaxud zəif tüklənmə gedirsə, ola bilər ki, onda testosteron çatışmazlığı var. Bu çatışmazlığının səbəbi araşdırılır və endokrinoloqdan məsləhət almaq önəmlidir. Testosteron çatışmazlığı varsa, həmin şəxsin orqanizminə testosteron verilir və yaxud digər orqanları yoxlanılır. Xəstənin prostat vəzinin yaşına uyğun olub-olmamağı da yoxlanılmalıdır”.



Novruz NOVRUZLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü