Arxiv
26 May 2019, 09:39 | AKTUAL
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilir.

 

Modern.az-ın məlumatına görə, imtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 binada aparılacaq.

 

Hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. İmtahanlar 45 dəqiqə müddətində aparılır. İmtahanların nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir.

 

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Toplanıla biləcək maksimal bal 30-dur.

 

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar. Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.

 

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1285 (368+917) nəfərdən 784 (220+564) nəfəri oğlan, 501 (148+353) nəfəri qızdır. 1156 (325+831) nəfər orta ümumtəhsil müəssisələrinin builki məzunu, 129 (43+86) nəfər isə əvvəlki illərin məzunlarıdır.

 

Ümumilikdə, Bakıda 1274, Naxçıvanda 1 abituriyentin imtahan verməsi nəzərdə tutulub.

 

İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim ayrılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ 12 Avqust 2020, 13:02 “Twitter”də yeni funksiya yaradıldı 12 Avqust 2020, 12:56 Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı 12 Avqust 2020, 12:50 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi 12 Avqust 2020, 12:44 Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 12:38 Yeni nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi 12 Avqust 2020, 12:32 Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlir 12 Avqust 2020, 12:26 DİM-dən abituriyentlərə güzəşt - 1-ci imtahanda iştirak etməyənlər II mərhələyə buraxılacaq 12 Avqust 2020, 12:20 Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB 12 Avqust 2020, 12:14 Anar Kərimov Braziliyanın ölkəmizdəki səfirilə görüşüb 12 Avqust 2020, 12:08 Niyazi Bayramov vətəndaşları növbəti dəfə video-formatda qəbul edib - FOTO 12 Avqust 2020, 12:02 Azərbaycanda 9 hakimin fəaliyyətini xitam verildi - 39-u məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 11:56 Prezident “Azərsu”ya pul ayırdı 12 Avqust 2020, 11:50 Baş Prokurorluq işgəncə görüntüləri ilə bağlı məlumat YAYDI 12 Avqust 2020, 11:45 Sabah ilk qəbul imtahanı keçiriləcək 12 Avqust 2020, 11:40 Təhsil naziri Türkiyə səfiri ilə görüşdü 12 Avqust 2020, 11:35 “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” – Vahid Əhmədovla MÜSAHİBƏ 12 Avqust 2020, 11:29 Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı 12 Avqust 2020, 11:18 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48