Modern.az

Qarabağda keçirilən “futbol şousu” və separatçıların iflasa uğrayan turizm SİYASƏTİ

Qarabağda keçirilən “futbol şousu” və separatçıların iflasa uğrayan turizm SİYASƏTİ

3 İyun 2019, 12:33

Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan rəhbərliyi Dağlıq Qarabağa turist cəlb etmək siyasətini davam etdirir.

Qondarma “Dağlıq Qarabağ Respublikası” 2018-ci ildə bölgəyə 29 min turistin gəldiyini açıqlayıb. Separatçı trejim 2017-ci illə müqayisədə turist sayının 23% artdığını və bu il işğal altındakı bölgəyə gələnlərin sayının 35 minə çatacağını elan edib.

 

Bu siyasətin tərkib hissəsi kimi iyunun 1-də Xankəndində tanınmamış ölkələr arasında "Avropa çempionatı"nın start götürməsini misal çəkmək olar. Dünyanın fərqli bölgələrindən 9 yığma komandanın qatıldığı "turnir"ə min azarkeşin gələcəyi açıqlanmışdı.


Tanınmamış dövlətlərin "futbol çempionatları" 2015-ci ildən keçirilir. Qarabağda keçiriləcək "turnir"ə ilkin olaraq 13 komanda qatılmalı olsa da, 5 separatçı yığma turnirə qoşula bilməmişdi. Belə ki, "Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası" son anda turnirə qatılmadı. Fransanın Nitsa və İtaliyanın Sardiniya bölgəsindən olan "komandalar" da Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməmişdi.


Maraqlıdır ki, tanınmamış ölkələrin arasında 2015-ci il "dünya çempionu" olan "Zakarpatya dövləti" Ukraynanın tələbi ilə Qarabağa gəlməmişdi.

 

Ümumilikdə, Qarabağdakı "turnir"ə qondarma "Qərbi Ermənistan" yığması ilə yanaşı, "Cənubi Osetiya", "Abxaziya", "Padaniya", "Çameriya" (Albaniya), "Sekey diyarı" (Rumıniya), "Sampi" (Finlandiya) komandaları iştirak edir.

 

Əslində, tanınmamış ölkələrin "Avropa çempionatı"nı keçirməklə turizmi aktivləşdirmək niyyəti güdən Ermənistan rəhbərliyi istər turnirə qatılan komandaların azlığından, istərsə də işğal altındakı ərazilərə gələn turistlərin azlığından ciddi narahatlıq keçirir. Qarabağın piar kampaniyası, turist cəlb etmək üçün platforma kimi planlaşdırılan "futbol turniri"nin başlamadan fiaskoya uğradığını demək olar.

Statistika da ötən il Qarabağa 29 min turistdən 11 minin Rusiyadan gəldiyini və onların mütləq əksəriyyətinin erməni mənşəli şəxlsər olduğunu ortaya qoyur.

 

Bu amilləri nəzərə alaraq, Ermənistanın Qarabağı "futbol turniri2 vasitəsilə piar etmək planlarının iflasa uğradığını və təşkilatçı ölkə kimi ciddi maliyyə itkiləri ilə üzləşdiyini əminliklə demək olar.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi