Arxiv
3 İyun 2019, 17:34 | ÖLKƏ
Prezident Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.


Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:


"Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15