Arxiv
4 İyun 2021, 11:37 | ÖLKƏ
“4 iyun hadisələri” və qiyamçı SURƏT HÜSEYNOV

Bu gün 1993-cü ildə baş vermiş “4 iyun Sürət Hüseynov qiyamı”nın 28 ili tamam olur.

 

Modern.az saytı xəbər verir ki, “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir. 

1993-cü ilin 4 iyununda Gəncədə Azərbaycan ordusunun o vaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. O zamankı korpus komandiri Surət Hüseynovun nəzarətində olan  709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi  əməliyyat uğursuzluqla nəticələndi. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə  35 nəfər həlak olub.


“Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıxılması ilə nəticələnib.


Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi.

O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi. 

Şahidlərin sözlərinə görə, Sürət Hüseynov Elçibəyə demişdi ki, əgər Qarabağda komandanlıq ona verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi…


Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…


Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.

Şahidlərin deməsinə görə, 709 saylı hərbi hissəyə silahlarının «maqazin»lərini təhvil verib geri qayıtmaq istəyən Prezident Qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama - yəni bir sözlə qiyam adlandırılırdı.


Azərbaycan tarixinə qara ləkə kimi həkk olunan “4 iyun qiyamı”nın banisi, sonradan bir müddət Azərbaycanın baş naziri olan Surət Hüseynov bir neçə rayonumuzun işğal edilməsində günahkar bilinir.


 A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29
SORĞU Hansı vaksinə etibar edirsiniz?