Modern.az

Paşinyan: “Qarabağ erməniləri mənə qədər danışıqlar prosesindən tam xəbərsiz idilər”

Paşinyan: “Qarabağ erməniləri mənə qədər danışıqlar prosesindən tam xəbərsiz idilər”

Qarabağ

5 İyun 2019, 14:25

Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama verib.

 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Qarabağdakı qondarma rejim rəhbərliyinin buna qədər münaqişə ilə bağlı əsas sənədlərdən xəbərsiz olduğunu deyib.

 

“Mənə qədər Qarabağ erməniləri danışıqların məğzi barədə ümumiyyətlə xəbərsiz idilər. Onlardan danışıqlar barədə 5 dəfə soruşmuşdum. Onlar xəbərsiz idilər”.

 

Paşinyan danışıqlar barədə bütün sənədləri separatçı rejimin rəhbərliyinə təqdim etdiyini deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü