Modern.az

Azərbaycan ordusu beynəlxalq miqyaslı terrorçunu necə məhv edib... - 26 il əvvəl

Azərbaycan ordusu beynəlxalq miqyaslı terrorçunu necə məhv edib... - 26 il əvvəl

12 İyun 2019, 12:21

Bu gün “ASALA” terror qruplaşmasının əsas simalarından biri, Qarabağda müharibəsinin aktiv iştirakçılarından olan Monte Melkonyanın məhv edilməsindən 26 il ötür.

 

Modern.az xəbər verir ki, beynəlxalq miqyaslı terrorçu 1993-cü il iyunun 12-də Ağdamın Mərzəili kəndi istiqamətində baş verən döyüş zamanı Milli Ordumuz tərəfindən məhv edilmişdi.

 

1957-ci ildə ABŞ-ın Kaliforniya ştatında erməni ailəsində doğulan Melkonyan 1978-ci ildə Livana gələrək vətəndaş müharibəsinə qatılıb, 1980-ci ildə isə Beyrutda “ASALA”ya üzv olaraq türk diplomatlarına qarşı hücumlarda iştirak edib. 1981-ci ildə onun hazırladığı “Van” planı ilə Parisdəki Türkiyə səfirliyi ələ kerçirilmişdi.

 

Fransa həbsxanalarında 2 dəfə həbs həyatı yaşayan terrorçu 1990-cı ilin avqustunda Ermənistana, ordan isə Qarabağa gələrək, Azərbaycan qarşı təcavüzdə aktiv iştirak edib.

Monte Melkonyan Ağdamın Mərzili kəndində məhv edildikdən sonra onun meyiti Yerevana aparılaraq, Yerablur hərbi qəbirstanlığında basdırılıb. Ölümündən sonra ona “Ermənistanın Milli Qəhrəmanı” adı verilib. Bu gün Dilicanda yerləşən hərbi lisey də onun adını daşıyır.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı