Modern.az

Oxşarlar... - Biri azərbaycanlıları hiddətləndirib, digəri sevilir - FOTO  

Oxşarlar... - Biri azərbaycanlıları hiddətləndirib, digəri sevilir - FOTO  

12 İyun 2019, 12:44

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil. 

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik.

Budəfəki təqdimatımızın qəhrəmanlarından biri Azərbaycanda çalışsa da, digər qardaş ölkədə - Türkiyədə tanınıb.

Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan milli komandası futbol azarkeşlərini qəzəbləndirib desək, yanılmarıq.
Elə bu səbəbdən idi ki, ötən axşam “Bakcell Arena”da keçirilən Azərbaycan – Slovakiya oyununda 1:5 hesablı məğlubiyyətə dözə bilməyən furbolsevərlər AFFA rəhbərliyinə qarşı "İstefa!" şüarı səsləndiriblər.

Bu etirazdan Azərbaycan milli komandasının xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçə də pay düşür.

O Nikola Yurçeviç ki, Oxşarlar" layihəmizin budəfəki təqdimatının qəhrəmanlarından biridir.

Nikola Yurçeviç 2019-cu ilin fevral ayında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.
.
53 yaşlı xorvat baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.  İndi də Azərbaycan millisinin sükanı arxasında lövbər salıb. Deyilənə görə AFFA ona yüksək maaş kəsib (ildə 1 milyon avro), di gəl ki, Azərbaycan millisini irəli apara bilmir...


Nikola Yurçeviç oxşarını da şübhəsiz ki, tanıyanlar çoxdur. Onuno xşarı  kino aləmində çox tanınmış simalardan sayılır.

Söhbət Türkiyənin məşhur kino aktyoru Münir Özkuldan gedir.

Ağır xəstəlikdən əziyyət çəkən Münir Özkul 2018-ci ilin yanvarında  93 yaşında vəfat edib.

M.Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy məhəlləsində anadan olub. Karyerası boyunca yüzlərlə filmə çəkilib.

Münir Özkul xüsusən “Nəşəli günlər”, “Mavi Muncuq “Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sinifi trilogiyasındakı “Mahmud hoca” obrazı ilə milyonların qəlbində taxt qurmağı bacardı. Bu onun aktyorluq zirvəsi idi.


Hər nə qədər zəngin və gözəl kino karyerası olsa da, aktyorun həyatı bir o qədər gözəl keçməyib. O, alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib.

Aktyor düz 4 dəfə evli olub və 3 övladı dünyaya gəlib. Sonuncu evliliyi 27 il əvvəl Ümman xanımla baş tutub. Türkiyədə tanınmış aktrisa və prodüsser Günər Özkul onun qızıdır.

Ömrünün sonunda Demans xəstəliyi ilə (məntiqin itməsi) yaşayırdı və 2003-cü ildən həyatının son günlərinədək evindən bayıra çıxmırdı. Öz ailəsindən, həkimlərdən başqa yanına heç kim buraxılmırdı.

Nikola Yurceviçlə Münir Özkulun üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..




A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır