Modern.az

Tbilisidə cinsi azlıq tərəfdarları ilə qarşıdurma

Tbilisidə cinsi azlıq tərəfdarları ilə qarşıdurma

14 İyun 2019, 22:16

Tbilisidə cinsi azlıq tərəfdarları və millətçilər arasında baş verən qarşıdurma zamanı saxlanılanların sayı 8-ə çatıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər polisə tabe olmayıblar.

Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında vəziyyət gərgin olaraq qalır. Cinsi azlıq tərəfdarları ilə din xadimləri və millətçilər arasında polisin yaratdığı canlı səddi yarmaq üçün cəhdlər edilir.

Qeyd edək ki, Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər. Cinsi azlıq tərəfdarları hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə Tbilisidə planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb.

Qeyd edək ki, Gürcüstan Patriarxlığı bu gün hökumətdən cinsi azlıqların paradının qarşısını almağı tələb edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir