Modern.az

Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək”

Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək”

Aktual

18 İyun 2019, 19:01

“Ermənistan hakimiyyəti yalan üzərində qurulub”.

 

Bu barədə Modern.az-a Ermənistandakı siyasi prosesləri şərh edərkən millət vəkili Tahir Rzayev danışıb. O qeyd edib ki, son illər düşmən ölkədə baş verən ictimai-siyasi hadisələr, qarşıdurmalar, gərginlik, iqtisadi böhran hakimiyyətdə olanların düşünülməmiş hərəkətlərinin məhsuludur:

 

“Bütün bunlar deməyə əsas verir ki, hakimiyyət yalan üzərində qurulub. “Qarabağa müstəqillik” şüarı altında hakimiyyətə gələnlərin hər biri, eləcə də Paşinyan verdikləri vədlərə əməl etmir, xalqı aldatmaqla məşğul olurlar. Ermənistanın acınacaqlı hala düşməsi, xalqın çətin vəziyyətdə yaşaması miqrasiyanın, hərcmərcliyin baş alıb getməsinin səbəbi budur. Erməni xalqı uzun illərdir aldadılır. Xalqı aldadanların özləri də sonradan acınacaqlı hala düşürlər. R. Koçaryan və S. Sarkisyanın hakimiyyətdə olduğu illərin araşdırmaları göstərir ki, bu rəhbərlər ancaq dövləti talamaqla məşğul olublar. Əlləri Azərbaycan xalqınn qanına batmış bu cəlladlar eyni zamanda öz xalqının da qanını içiblər”.

 

Tahir Rzayev Ermənistanın baş naziri Nikol Paşinyanın da yarıtmaz fəaliyyətinə toxunub. Deputat düşünür ki, N.Paşinyan özünün sərsəm, ağla sığmayan, siyasətçiyə xas olmayan bəyanatları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini daha da qızışdırmağa çalışır.

 

“O erməni xalqına verdiyi boş vədlərlə əvvəlki rəhbərlərdən də xeyli irəli gedib. Artıq erməni xalqı öz baş nazirinə rəhbər deyil, oyuncaq, sözünün, hakimiyyətinin dəyərini bilməyən uşaq kimi baxır. İnsanlar yanıldıqlarını dərk edir, öz etirazlarını kütləvi nümayişlərlə ifad edirlər.

 

Nikol Paşinyan isə sərhəddə atəşkəsi pozmaqla, təxribatlarla Qarabağın “müstəqilliyi” barədə sərsəm çağırışlar edir. Ermənistan ordusunun gündən-günə möhkəmləndiyi yalanı ilə vədlər verərək hakimiyətini qorumağa çalışır. Ancaq o, başa düşür ki, yalanların, saxta vədlərin ömrü qısa olur. Çox çəkməz ki, erməni xalqı onun yaxasından tutub, yalanlarının hesabını tələb edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir