Arxiv
20 İyun 2019, 15:37 | AKTUAL
BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib  

 

Bakı Dövlət Universitetində 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib.

 

Modern.az xəbər verir ki, BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri ilə çay süfrəsi arxasında müzakirələr aparan rektor Elçin Babayev imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, xoşagəlməz halların minimuma endirildiyini, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Universitetin inkişaf strategiyasından və yeniliklərdən söz açan rektor Elçin Babayev, eyni zamanda, UNESCO-nun Parisdəki Baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı məlumat verib, bir əsrlik tarixi özündə əks etdirən foto sərginin və videofilmin tədbir iştirakçılarının böyük marağına səbəb olduğunu bildirib.

 

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar qısa müddət ərzində görülən işlərdən razılıq ifadə ediblər. Sonra imtahan prosesini auditoriyalarda və monitorinq otağından izləyib, sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən Qərargahın və onun nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyalarının fəaliyyəti ilə tanış olublar. İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və imtahan prosesinə baxış keçirən digər iştirakçılar görülən işləri və universitetin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsini yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.

 

Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “XXI əsr” təhsil mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

 

Qeyd edək ki, imtahan prosesində, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs Media Qrupu”un rəhbəri Bəhruz Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camal, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Report İnformasiya Agentiliyinin baş redaktoru Murad Əliyev, Məktəbguşəsi.az saytının baş redaktoru Məzahir Məmmədli, müstəqil jurnalist Seymur Verdizadə, o cümlədən təhsil eksperti Kamran Əsədov və  “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova da iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09 Tərtərdə gənc ananın 3 övladı dünyaya gəldi 15 Sentyabr 2019, 21:55 Suriya-Türkiyə sərhədində partlayış: 12 ölü 15 Sentyabr 2019, 21:34 Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı 15 Sentyabr 2019, 21:20 Bu ölkədə qadınlar da stadionda futbola baxa biləcəklər 15 Sentyabr 2019, 21:07 Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR... 15 Sentyabr 2019, 20:58 Hacı Nuran ATV-dən getdi 15 Sentyabr 2019, 20:37 Avropa İttifaqı komissarı yenidən Cənubi Qafqaza gəlir 15 Sentyabr 2019, 20:19 Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi 15 Sentyabr 2019, 20:01 Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı 15 Sentyabr 2019, 17:59 Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı 15 Sentyabr 2019, 17:55 Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır 15 Sentyabr 2019, 17:50 Hindistanda səyahət gəmisi batdı: 11 ölü var 15 Sentyabr 2019, 17:40 Şagirdi məktəbdən çıxardılar - Artıq çəkisinə görə   15 Sentyabr 2019, 17:25 İcra başçısı şəhərdə yanmış ağacları rənglətdirdi - Açılışa görə  15 Sentyabr 2019, 17:06 Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca yola düşdü 15 Sentyabr 2019, 16:50 Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - VİDEO 15 Sentyabr 2019, 16:35 Sabahdan regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq 15 Sentyabr 2019, 16:19 UNEC rektoru Ədalət Muradov: Ali təhsil təsnifatlaşdırılmalıdır 15 Sentyabr 2019, 16:00 Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı 15 Sentyabr 2019, 15:47 İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə 15 Sentyabr 2019, 15:30