Modern.az

Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi

“Qarabağ” Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi

Aktual

20 İyun 2019, 16:34

“Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.

Modern.az klubun saytına istinadən xəbər verir ki, matç   "Dalğa Arena"da keçiriləcək. Qurban Qurbanovun komandasının ikinci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.

Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, "Qarabağ" "Partizani" səddini keçəcəyi təqdirdə, ikinci təsnifat mərhələsində Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır