Arxiv
29 İyun 2019, 09:00 | MEDİA
Azərbaycan jurnalistikasının SƏYYARƏSİ...

İnsanlar haqqında danışarkən “səmimidir” sözünü tez-tez dilə gətirsək də, əslində bu kəlmə olduğu kimi görünüb, göründüyü kimi olanlara şamil edilməlidir. Çünki səmimiyyət insana xas olan təbii xüsusiyyətlərin ən gözəlidir. Səmimi insanlar düşündüklərini dilə gətirməkdən çəkinmirlər. Fikirlərini açıq-aşkar ifadə edib, niyyətlərini olduğu kimi biruzə verirlər. Onlar su kimi saf, büllur kimi şəffaf olurlar...

Uzun illərdir ki, “sehirli qutuda” öz müəllif verilişi ilə tamaşaçıların görüşünə gəlir. Şirin söhbətləri ilə zövqləri oxşayır. Maraqlı suallar verib, qonaqlarını danışdırır. Onların mənəvi dünyasını tamaşaçılara təqdim edir. Məhz səmimi olduğundan Azərbaycan televiziya məkanında ən baxımlı verilişlərdən biri də onun ərsəyə gətirdiyi “Könül dünyamız” verilişidir. Ürəklərə yol tapan bu telelayihə qəhrəmanlarına rəğbət qazandırdıqca, onu da sevdirə bilib. Bəli, mən Səyyarə Səyyafdan danışıram.


O, 1979-cu ildə Ağdam şəhərində dünyaya gəlib. Orta təhsilini Quba rayonunda başa vurub. 1996-cı ildə Tibb texnikumunun Əczaçılıq fakültəsinə qəbul olunsa da sonradan Təfəkkür Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirib. Üç il “Lider” televiziyasında müxbir işləyib. İTV-də "Ovqat" ədəbi-bədii verilişinin aparıcısı olub. Hazırda "Xəzər" TV-də "Könül dünyamız" verilişinin aparıcısıdır. Selcan adlı bir qızı var…

…Atası ixtisasca iqtisadçı, anası pedaqoqdur. Ailədə 3 övladırlar. Qardaşı hüqüqşunas, bacısı isə ingilis dili müəllimi işləyir…


Deyir ki, verilişində elə qonaqları olub ki, yazdıqları ilə nitqi üst-üstə düşməyib:

"Yəni əsərlərində, yazılarında daha maraqlıdır, nəinki adi ünsiyyətdə. Deməli, o şəxs yazı masasının arxasında daha məzmunludur. Biri var qələm yaxşı yazır, biri də var dil yaxşı danışır. Dil danışa bilməyəndə mənə bir balaca əziyyət olur. Çünki veriliş boyu həm özümü, həm də həmsöhbətimi vəziyyətdən çıxarmaqla məşğul oluram”…

Ədəbiyyatı çox sevir. Mütaliə etməkdən yorulmur. Eşitdiyi, oxuduğu yeni fikirlərin vurğunudur, məntiqin gözəlliyini duyub anlaya bilir. Dostluqda sədaqətli, ünsiyyətdə qayğıkeşdir. Qeybət etməyi xoşlamır. Səxavətlidir. Milli təamlarımızı hazırlamaqdan xüsusi zövq alır, əla aşpazdır. Sirr saxlamağı bacarır. Sadə, mehriban, gülərüz xanımdır. Bəli, insan səmimi olanda təbii olur və onu əhatə edən mühitə müsbət təsir bağışlayır…

Deyirlər ki, 40 yaşı qeyd etməzlər. Düşər, düşməzi olar. Amma 40 təhlükəli rəqəm olsaydı, səltənət sahibi olan şahlar özünə 40 otaqlı saray tikdirməz, övladlarına 40 gün, 40 gecə toy etməzdilər. Deməli, 40 rəqəmində özünəməxsus kübarlıq da var. Haqqında sevə-sevə söhbət açdığım Səyyarə Səyyaf da 18 gündən sonra kübar yaşına qədəm qoyacaq, yubileyini qeyd edəcək. Qoy, bu xoş kəlmələr uzaqda yaşayan bir tamaşaçıdan onun yubileyi münasibəti ilə yaradıcılığına diqqət və ehtiram olsun!


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13