Modern.az

Neft və Sənaye Universitetini bitirən 410 məzun diplom ala bilmədi 

Neft və Sənaye Universitetini bitirən 410 məzun diplom ala bilmədi 

3 İyul 2019, 13:40

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu il 2826 məzun ali təhsil diplomu almalı idi, ancaq onlardan 2416 nəfəri buna nail ola bilib".

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu universitetin rektoru Mustafa Babanlı ötən illərin məzunları ilə keçirilən görüşdə deyib.

 

O bildirib ki, təhsil alan tələbələr qazandıqları bilik və təcrübə sayəsində mütəxəssis kimi formalaşırlar: “Ona görə də bu gün ADNSU-nu bitirmək bura daxil olmaqdan heç də asan deyil. Ali təhsil ocağının adını hər zaman uca tutduqlarına görə ötən illərin məzunlarına minnətdarlığımı bildirirəm. Son 4 ildə universitetdə elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq bundan sonra daha geniş platformada davam etdiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı