Arxiv
3 İyul 2019, 16:43 | ÖLKƏ
Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var - EKSKLÜZİV

Azərbaycanda ilk dəfə süni mayalanma 2004-cü ildə Mərkəzi Klinikada həyata keçirilib.

Bunu Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri, süni mayalanma mütəxəssisi, əməkdar həkim Mahirə İsmayılova Modern.az saytına danışarkən bildirib.


“Dünya üzrə statistikaya nəzər salsaq, təqribən insanların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir. Azərbaycanda da bu faiz göstəricisi özünü göstərməkdədir. Son dövrlərdə süni mayalanma ilə uşağa sahiblənmək üçün müraciət edənlərin sayı da artıb. Bu onunla bağlıdır ki, ölkədə süni mayalanma üzrə kifayət qədər öz sözünü demiş  mütəxəssislərimiz var”,- Mahirə İsmayılova bildirib.


Onun sözlərinə görə, əvvəllər cəmiyyət süni mayalanmaya birmənalı yanaşmırdı, indi isə vəziyyət dəyişib:

“Çoxları elə başa düşürdü ki, süni mayalanmadan doğulan uşaq başqasına aid olacaq. Maarifləndirici tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin süni mayalanmanı dəqiq şəkildə işıqlandırması  insanlarda sanki o qorxunu aradan qaldırdı. Təbii ki, bu işin ən gözəl nəticəsi  də dünyaya sağlam uşağın gəlməsidir”.


Mahirə İsmayılova deyib ki, Azərbaycanda süni mayalanma üsulu ilə minlərlə uşaq dünyaya gəlib və hər biri də sağlam həyat yaşayırlar:


“Əvvəllər sonsuzluqdan əziyyət çəkən cütlüklər xarici ölkələrə üz tuturdular, indi isə xaricdən ölkəmizə daha çox müraciət edirlər. Bizə ən çox Rusiya, Qazaxıstan, Dağıstan, Orta Asiyadan, hətta Avropa ölkələrində yaşayan soydaşlarımız da müraciət edirlər. Eyni zamanda,  maddi baxımından da xarici ölkələrlə nisbətdə, Azərbaycanda bu proses ucuz başa gəlir. Bizim klinikaya müraciətlərin əsas səbəbi də odur ki, bu sahədə 15 illik bir təcrübə qazanmışıq”.


M.İsmayılova onu da qeyd edib ki, süni mayalanmada hamiləlik şansı 100 faizlik deyil, dünya statistikası maksimum 50-60 faiz göstərir, Azərbaycan statistikası da bu rəqəmdən heç də geri qalmır.

Bəs bir ailəyə süni mayalanma neçəyə başa gəlir?  Həkimin sualımıza cavabı belə olub:

“Bilirsiniz ki, süni mayalanma prosesi bir çox klinikalarda həyata keçirilir.  Qiymətlər də təqribi eyni rəqəmləri göstərir. 3500- 5000 min manat arası dəyişir. Bu proseduru nisbətən bahalı edən dərmanlardır. 

Mərkəzi Klinikada qiymətlər 3000-3500 manatdır, dərmanla birlikdə xidmət də göstərilir. Dərmanların qiyməti ortalama 1500-2000 manata qədər dəyişir. 

Ümumi dünya üzrə statistikaya nəzər salsaq, məsələn, Amerikada bu prosedur 18 min dollar qiymətində aparılır.

Bir pasiyent var, söyləyir ki, Fransada onlara 25 min evro qiymət deyilib. Bu ölkələrlə müqayisədə Azərbaycanda qiymət çox aşağıdır”.

Maraqlıdır, süni mayalanma yolu ilə uşaq sahibi olmaq istəyənlər arasında surroqat analıq etmək istəyənlər də varmı?


Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri maraqlı cavab verib:


“Surroqat ana daşıyıcı ana deməkdir. Məsələn, bir qadının uşaqlığı var, ancaq yumurtalıqları fəaliyyətdə deyil. Bu cür qadınlara yumurta hüceyrələri seçilir, mayalanma prosesi gedir.

Bu məsələ ilə bağlı müraciətlər də çox olur. Çox güman ki,qanunvericiliklə surroqat analıq  qadağan ediləcək. Ancaq bununla bağlı klinikaya müraciət edənlər çoxluq təşkil edir. Donor xidmətinə ehtiyac var. Hər klinikaya ayda 10-dan çox qadın müraciət edir.

Qanunla qadağan olunsa, təbii ki, Azərbaycanda bu xidmət göstərilməyəcək. Bu da insanlarda narazılıq yaradacaq. Cütlüklər məcbur olacaq ki, xarici ölkələrə üz tutsun. Nəticə etibarı ilə yəqin ki, Gürcüstana və Rusiyaya gedəcəklər. Genefondun dəyişməsi nəticəsində yumurta hüceyrələri başqa ölkənin vətəndaşlarına mənsub olacaq”.

 

Jalə Mehdi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47