Modern.az

Xəzər Universitetində Hava Keyfiyyətinin Təhlili Mərkəzi yaradılıb

Xəzər Universitetində Hava Keyfiyyətinin Təhlili Mərkəzi yaradılıb

4 İyul 2019, 19:08

Yaşadığımız mühitin havasının keyfiyyəti bizim sağlamlığımıza təsir edən əsas amillərdən biridir.

 

Modern.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər il dünyada 4.2 milyon insan çirkli hava səbəbindən, 3.8 milyon insan isə ev şəraitində havanın pis olmasına görə dünyasını dəyişir.

 

Bəs havanı çirkləndirən nədir? Aparılan araşdırmalardan bəlli olur ki, müasir dövrdə havanı çirkləndirən əsas səbəb sənaye müəssisələri və avtomobillərdir. Bu mənbələrdən açıq havaya azot-2-oksid, kükürd-2 oksid, müxtlif ölçülü tozlar və digər çirkləndiricilər atılır.

 

Aparılan hesablamalar göstərir ki, əgər 1990-cı ildə ölkəmizdə cəmi 22000 avtomobil vardısa, indi onların ümumi sayı 1 milyon 200 mini keçib. Bu isə iri şəhərlərdə, xüsusilə Bakı şəhərində havaya atılan zərərli qazların miqdarını dəfələrlə artırıb.

 

2019-cu il iyun ayının 1-də yaradılan Xəzər Universiteti Hava Keyfiyyətinin Təhlili Mərkəzinin əsas məqsədi ölkəmizdə atmosfer havasının keyfiyyətini öyrənməkdir.

 

Mərkəzdə təşkil olunan laboratoriya müasir mobil cihazlarla təchiz olunub. Hazırda mövcud avadanlıqların köməyilə Avropa Hava Keyfiyyəti İndeksi və eyni zamanda əlavə bir neçə parametri hesablamaq mümkündür. Laboratoriya Avropa Hava keyifiyyəti indeksinə uyğun olaraq yerüstü ozon, azot dioksid, bərk asılı maddələr və kükürd dioksidi ölçülür. Bu indeksə müvafiq olaraq hava keyfiyyəti çox yaxşı, yaxşı, orta, pis və çox pis olmaqla 5 ballıq şkala ilə qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir