Arxiv
5 İyul 2019, 20:01 | TƏHSİL
Rektor tələbələrin suallarını cavablandırdı - FOTO

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “ASAN Radio”nun “QəbuldASAN” verilişinin qonağı olub. Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də Bakı Dövlət Universitetinin rəsmi facebook səhifəsində canlı yayımlanıb.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, Elçin Babayev veriliş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı 2017-ci il 14 noyabr tarixli Sərəncamından, UNESCO-nun Parisdəki baş qərargahında universitetin 100 illik yubileyinin qeyd edilməsindən danışıb, “Baku Crystal Hall”da keçirilən “BDU-100 Məzun günü”nün universitetin 100 illiyinə həsr olunduğunu bildirib.


Universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında danışan rektor bildirib ki, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür.


Verilişdə, eyni zamanda, professor Şirməmməd Hüseynov haqqında da danışılıb. Rektor Şirməmməd Hüseynovun vəfatı ilə elm ictimaiyyətinə ağır itki üz verdiyini, alimin Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti olduğunu və Jurnalistika fakültəsində onun işlərinin davam etdiriləcəyini qeyd edib.

 

Universitetin beynəlxalq əlaqələrindən bəhs edən rektor Bakı Dövlət Universiteti ilə Fransanın Lion-2 Universitetinin “Əqli mülkiyyət hüququ” üzrə birgə kadr hazırlayacaqlarını və ikili diplomlar verəcəklərini qeyd edib. Eyni zamanda, Almaniyanın Vürsburq Universiteti ilə “Avropa hüququ” istiqamətində birgə kadr hazırlığını, indiyədək 50 nəfər tələbənin ikili diplom aldığını diqqətə çatdırıb. Rektor Elçin Babayev Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi üzrə ikili diplom proqramının hazırlığına toxunub, hazırda 2 doktorantın həmin universitetdə tədqiqat apardıqlarını bildirib.

 

Əksəriyyəti tələbələr və valideynlər olan dinləyicilər suallarını “ASAN Radio”nun rəsmi facebook səhifəsi, WhatsApp və şəhər nömrəsi vasitəsilə veriblər. 50 dəqiqəlik veriliş ərzində vaxt baxımından cavablandırılmayan suallara aydınlıq gətirmək, həmçinin araşdırma tələb edən müraciətlərə baxmaq məqsədilə rektor Elçin Babayev bu gün universitetdə qəbul keçirib. Bir çox müraciətlər yerində həll edilib, bəzi məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Trampın taleyi həll olunur 22 Yanvar 2020, 00:27 Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı 22 Yanvar 2020, 00:11 ABŞ-da dəhşətli virus aşkarlandı 21 Yanvar 2020, 23:55 Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 23:42 Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı 21 Yanvar 2020, 23:23 Prezident “Naxçıvan” və “Qoşadaş”ın birgə işlənməsinə razılaşdı 21 Yanvar 2020, 23:12 Universitetdə yanğın olmayıb - FHN 21 Yanvar 2020, 22:54 İlham Əliyev AYİB sədri ilə görüşdü 21 Yanvar 2020, 22:37 Şirvanda yaşayan məcburi köçkünlərdən Vüqar Bayramova böyük etimad - FOTO 21 Yanvar 2020, 22:20 Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - FOTO 21 Yanvar 2020, 22:06 Azay Quliyev seçicilərin problemlərini dinlədi - FOTOLAR 21 Yanvar 2020, 21:50 Rusiyada yeni hökumətin tərkibi bəlli olub 21 Yanvar 2020, 21:36 İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı 21 Yanvar 2020, 21:17 Ağalar  Vəliyev seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 21:03 Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İqtisadçıdan ETİRAZ 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14 Azərbaycan pasportundan imtina edib Ukrayna vətəndaşlığı alanlar... 21 Yanvar 2020, 18:08 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03
SORĞU Yeni parlamentdə kimlər olsun?