Arxiv
7 İyul 2019, 11:10 | MƏDƏNİYYƏT
Ombalarını böyüdən azərbaycanlılar - Bıçaq altına gedənlər təkcə müğənnilər deyil...

Bu günlərdə sosial şəbəkələrdə və bəzi şou-biznes saytlarında iki tanınmış müğənni haqqında “omba söhbəti” ortaya atılmışdı. İddia olunurdu ki, müğənnilər Xatun və Roza Zərgərli ombalarına piy vurduraraq, onları böyüdüblar.

Buna görə də Roza Zərgərli mətbuata çıxıb açıqlama vermək məcburiyyətində qaldı və ombasında əməliyyat olmadığını bildirdi:

“Bu mövzudan artıq yorulmuşam. Mən heç vaxt omba əməliyyatı etdirməmişəm, çünki ehtiyacım olmayıb. Həm də burda gizlədiləcək bir şey yoxdur. Mənim ombamı böyütməyə ehtiyacım da yoxdur. Çünki hər zaman böyük olub. Ancaq plastik əməliyyat baldırımda olub. Ayağımda problem yarandığı üçün baldırımdakı artıq piyləri çəkdirmişəm”.


Xatun və Roza Zərgərlini deyə bilmərik, amma onu qeyd edə bilərik ki, Azərbaycanda ombalarını böyüdən qadınlar az deyil. Bunu tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev də Modern.az saytının əməkdaşı ilə söhbət zamanı təsdiqləyib. Onun sözlərinə görə, hətta son vaxtlar Azərbaycanda ombalarını plastik  əməliyyat etdirənlərin sayı artıb:

“Belə əməliyyatları etdirən və xarici görkəminə əl gəzdirən xanımlarımızın sayı artıq çoxalıb”.

Stilistlər deyirlər ki, qadın bədənini gözəl göstərən yerlərindən biri də ombalarıdır. Möhkəm və dik ombalar az qala hər qadının arzusudur. Belə deyirlər ki, mükəmməl ombalara sahib olan qadın geyindiyi istənilən şalvar ya da ətəklə yaraşıqlı və cazibədar görünür.

Aparılan sorğular da göstərib ki, bəzi qadınlar ombaları üçün deyilən xoş sözlərə biganə qalmırlar. Onlar ombasının gözəl göründüyünə əmin olmaq istəyir.

Təsadüfi deyil ki, bəzi gözəllik yarışmalarında müsabiqəyə qatılan qızların omba görünüşünə xüsusi qiymət verilir. Braziliyanın San-Paulu şəhərində isə hər il ənənəvi "Miss Bumbum" gözəllik müsabiqəsi keçirilir ki, bu yarışmada ən gözəl ombaları olan xanımlar qalib seçilir.

Gözəl formalı ombalara sahib olmaq hər bir qadının arzusu olsa da, gerçəklik heç vaxt istəklərlə üst-üstə düşmür. Bu səbəbdən cazibədar görünüş istəyən bəzi qadınlar yaraşıqlı ombalar naminə plastik əməliyyata belə, getməyə hazırdırlar.
Son vaxtlar böyük ombalar belə deyək ki, dəbə minib. Bu səbəbdən yan əzələlərini (arxanı) böyütmək üçün bir çox qadınlar müxtəlif üsullara əl atırlar: xüsusi idman hərəkətləri edirlər, bu məqsədlə buraxılan xüsusi cins şalvarlar geyinirlər ya da əməliyyata razılaşırlar.

Yeri gəlmişkən, ombalar bədəndəki ən çox əzələ toxumasının olduğu yerlərdir. Bunu nəzərə alan bəzi mütəxəssislər ombaları idmanla istədiyiniz formaya sala bilməyin mümkünlüyünü bildirir və qadınlara tövsiyə edirlər ki, cazibədarlığı artırmaq, iri və ideal ombalara sahib üçün vaxt tapdıqca idmanla məşğul olsunlar.

Androloq deyir ki, qadınları daha cəlbedici göstərən onun ombaları, sinəsi və ayaqlarıdır. Kişilərin ilk baxışdan qadına nəzər yetirdiyi yerlər onun sinəsi, ayaqları və ombalarıdır.

“Omba əməliyyatları zamanı bəzi qadınların yanlarında çuxurlar da olur və onları doldurmaq üçün iplantlardan, yaxud orqanizmin öz piyindən istifadə olunur. Normalda bu çuxurlar bəzi qadınlarda olur. Bu da formanın pozulmasına, daha pis görünməsinə səbəb olur. Bəzi qadınların yanlarına implantlar qoyurlar ki, ombalar daha gözəl görünsün və dik qalsın”.

Omba əməliyyatları prosedurunun bir neçə tipi var. Ombaların böyüdülməsi – onların ölçüsünün və formasının pasiyentin yanbızlarına iynə ilə piy köçürülməsi və ya onlara silikon implantının qoyulması ilə dəyişdirilməsidir.


Beynəlxalq Estetik və Kosmetik Cərrahiyyə Cəmiyyətinin statistikasına görə, hər il dünyada 400 mindən çox  ombaböyütmə və ombadikəltmə əməliyyatı aparılır.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ 24 Sentyabr 2019, 12:38 Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB 24 Sentyabr 2019, 12:20 Zahid Orucun rəhbərlik etdiyi Mərkəz ilk tədbirə toplaşdı - Dövlət qurumları TƏNQİD OLUNDU 24 Sentyabr 2019, 12:14 Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb” 24 Sentyabr 2019, 12:05 İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu  24 Sentyabr 2019, 11:56 Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “BMW Fest 2019” keçirilib - FOTO+VİDEO 24 Sentyabr 2019, 11:55 Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL 24 Sentyabr 2019, 11:50 Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO 24 Sentyabr 2019, 11:42 İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzü ilə bağlı bəyanat verdi - MƏTN 24 Sentyabr 2019, 11:39 Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR 24 Sentyabr 2019, 11:38 Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR 24 Sentyabr 2019, 11:34 Koreya Respublikasında TƏQAÜDLÜ təhsil imkanı - ELAN 24 Sentyabr 2019, 11:29 AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb 24 Sentyabr 2019, 11:24 “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI 24 Sentyabr 2019, 11:18 Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ 24 Sentyabr 2019, 11:05 İcbari tibbi sığortanın perspektivləri müzakirə olundu 24 Sentyabr 2019, 11:00 Yerevanda keçmiş nazir intihar edib - O, Koçaryanın cinayət işində şahid idi 24 Sentyabr 2019, 10:43 Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq 24 Sentyabr 2019, 10:42 Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ 24 Sentyabr 2019, 10:38 Məmmədyarovun Mnatsakanyanla nəticəsiz qalan Nyu-York GÖRÜŞÜ 24 Sentyabr 2019, 10:37 Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR 24 Sentyabr 2019, 10:23 Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı 24 Sentyabr 2019, 10:17 Bakıda qəzaya düşən avtobusun 82 yaşlı sərnişini öldü   24 Sentyabr 2019, 10:16 Bu yerlərdə qaz olmayacaq 24 Sentyabr 2019, 10:15 Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib 24 Sentyabr 2019, 10:12 ADU-nun Konfutsi İnstitutunun direktoru “Sinxua”ya müsahibə verib 24 Sentyabr 2019, 10:08 Rəsmi Bakıdan Yerevana sərt MESAJ: Əsgərimizi öldürənlər cəzalandırılacaq 24 Sentyabr 2019, 10:07 Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir 24 Sentyabr 2019, 10:01 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazdan XƏBƏR GƏTİRİB 24 Sentyabr 2019, 10:01 Ermənistan atəşkəsi 21 dəfə pozdu 24 Sentyabr 2019, 09:59 Əsgərimizin meyiti neytral ərazidən çıxarıldı 24 Sentyabr 2019, 09:56 Vilayət Quliyev:Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa...” 24 Sentyabr 2019, 09:40 İşə götürənlərdən nazirliyə şikayətlər... 24 Sentyabr 2019, 09:33 Tısbağa sürətli mətbuat katibləri... 24 Sentyabr 2019, 09:16 Tanınmış jurnalistin tələbə oğlu: “Bacara bilməyəcəyim işin arxasınca getmirəm” - MÜSAHİBƏ 24 Sentyabr 2019, 08:47