Modern.az

Müəllimlərin işə qəbulu müsabiqəsində tarix fənni üzrə yüksək nəticə göstərdi

Müəllimlərin işə qəbulu müsabiqəsində tarix fənni üzrə yüksək nəticə göstərdi

8 İyul 2019, 19:42

İyulun 8-də müəllimlərin işə qəbulu müsabiqəsində tarix fənni üzrə yüksək nəticə göstərilib.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, namizədlərdən Nərmin Ənvərli imtahandan uğurla keçərək 58 bal toplayıb. Nərmin Ənvərli 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə isə həmin universitetin Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak ediblər.

 

İmtahanlar iyulun 24-dək davam edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər