Modern.az

Prezident keçmiş nazirlə bağlı sərəncam verdi

Prezident keçmiş nazirlə bağlı sərəncam verdi

10 İyul 2019, 16:13

Prezidet İlham Əliyev Dövlət Dəniz Akademiyasının rektoru, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.

Bu barədə Modern.az-a özəl olaraq Heydər Əsədov özü məlumat verib.

H.Əsədov bu medala layiq görülməsilə ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür edib:

“Cənab Prezidentə təşəkkür edirəm. Çox sağ ol deyirəm ki, bizi diqqətdən kənarda qoymayıb. Bizim indiyədək yalnız bir amalımız olub, o da dövlətə, dövlətçilik ənənələrinə sadiqlikdir. Keçmiş fəaliyyətim də, indiki işim də yalnız güclü Azərbaycan üçündür. Bundan sonra da dəyişməz olaraq qalacaq”.




Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

22 oktyabr 2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir