Arxiv
16 İyul 2019, 12:38 | REPORTAJ
Azərbaycanın ən yaşlı tələbəsi Gəncədə təhsil alır – REPOPTAJ

Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlərə təşkil etdiyi mediatur  Ağcabədi, Tərtər və Gəncəyə oldu.

Yolumuz Bakıdan 374 km aralıda yerləşən Ağcabədi rayonu idi. Media nümayəndələri ilə Qarabağ Atçılıq Mərkəzinə gəldik, otlardan hazırlanmış atların  maketləri həyətə sanki bir gözəllik verirdi.  Bizi Qarabağ Atçılıq Kompleksinin direktoru  Maarif  Hüseynov qarşıladı.

Hazırda  kompleksdə 245 baş Qarabağ cinsindən olan at yetişdirilir. Dünyada isə 265 növ at var. Onlardan Azərbaycanda 2 növü yetişdirilir - biri Qarabağ atı, digəri isə Dilbaz atıdır.  

Bu atçılıq mərkəzinin ilk binası Ağdam rayonunun Eyvazxanbəyli kəndində yerləşib.  Sovet hakimiyyəti dövründə hər il   Moskvada  dünya bazarı deyilən bir hərrac keçirilirdi. Ölkədən hərraca 15-20 baş at göndərilir və nəticədə hər biri 7-10 min dollar məbləğində satılırdı . 

Hüseynovun sözlərinə görə 1993 cü –il Ağdam işğal olunarkən, Qarabağ atçılıq zavoduna ermənilər daxil olmaq istəyib. Ancaq atları apara bilməyiblər.

“Çünki biz atları  vaxtında Ağdamın Üçoğlan kəndində gizlətmişdik”-deyə M.Hüseynov bildirib.  

Direktor deyir ki, Qarabağ atlarının ən ucuzunum qiyməti 2 min, ən bahalısı isə 10 min manatdır.

 

Növbəti üz tutduğumuz məkan cəbhə bölgəsi olan Tərtər rayonunun Xoruzlu kəndi idi.

 

 “Aqropat “MMC  tərəfindən salınan  intensiv meyvə bağları bu kəndin ərazisində yerləşir.  Təxminən 130 hektar ərazini əhatə edən “Aqropat”da müxtəlif meyvə tingləri əkilib.

İntensiv bağçılıq mərkəzinin direktoru  Elçin Maqsudov media nümayəndələrini bağla tanış etdi.

“Bağda təxminən 30-40 nəfər işçi fəaliyyət göstərir.  Burada bir çox meyvə növləri yetişdirilir. Alma, alça, armud, heyva, xurmab (bir neçə növü), ərik, gilas, gavalı və s. Bu meyvə tinglərini Türkiyə və İspaniyadan almışıq. Yüksək məhsuldarlıq imkanına malik tinglərdir. Hələ ki məhsullar ölkə daxilinə satılır. Satış qiyməti o qədər yüksək deyil. Gələcəkdə ölkə xaricinə də satış nəzərdə tutulur, əsasən də Rusiya bazarlarına” –  deyə E.Maqsudov söyləyib.

Ağacları əsasən Tərtər çayının suyu ilə suvarırlar.  

 

Sonuncu gedəcəyimiz bölgə isə Gəncə oldu.

 

İlk olaraq  Dövlət Aqrar Universitetinə baş çəkdik

Universitetin rektoru İbrahim Cəfərov  bildirdi ki, əvvəlki illərlə müqayisədə universitetə maraq göstərənlərin sayı getdikcə artır.  Buna səbəb kənd təsərrüfatı sahəsində keçirilmiş keyfiyyətli təhsil və yardılmış şəraitdir.

 

Rektor qeyd edib ki, ölkənin ən yaşlı tələbəsi  Dövlət Aqrar Universitetində təhsil alır. 

“Əslən Xaçmaz rayonundandır, 52 yaşı var. Hazırda 3 cü kurs tələbəsidir, 437 manat təqaüd alır.

İ.Cəfərov əvvəlki illərlə müqayisədən danışarkən, bir maraqlı məlumatı da söylədi.

“Bir gün dərsə girdim, gördüm ki, otaqda 1 nəfər tələbə var. Soruşdum ki, ay bala 5 nəfər hanı bəs?  Nəysə təbaşiri əlimə aldım ki, birşey yazım tələbə əsnəməyə başladı. Dedim ay bala indi sənlə mən nə edim ?

Qayıtdı mənə dedi: “Mən Şəmkirin Könüllü kəndindən gəlirəm.  Yollarımız o qədər pisdir ki, dərsə gəlib çatana qədər yoruluram”. 

Dedim ay oğul bəs mən indi nə edim?  Öz-özümə danışacaq deyiləm ki?  Nəysə sonra aydınlaşdırdım ki, atası bizim universitetdə müəllim işləyir.  Dedim gedin ata-bala imtahanda gələrsiniz.

“Uzun illərdir ki, bu universitetin qapısını  heçkim açmırdı, artıq son  2 ildə qəbul olanların sayı artmağa başladı. Bunun da əsas səbəbi prezidentin və nazirin universitetə yetəri qədər diqqət ayırmalarıdır”.

İbrahim Cəfərov onu da bildirib ki, universitetdə xarici dil yüksək səviyyədə keçirilir. Hətta müasir texnologiyalar ilə  tələbələrə təcrübə proqramları öyrədilir.

Yeni inşa olunmuş 7 mərtəbəli tələbə yataqxanasına gəldik. Böyük bir əraziyə malik bu yataqxanada 257 otaq, idman zalı, qadın və kişi salonu, otaqların hər birində ayrıca televizor, soyuducu, geniş mətbəx var.  Tələbələr üçün hər bir şərait yaradılıb.

 

Hər bir tələbənin  otaqda qalmağı üçün  aylıq əmək haqqı 30 manat təşkil edir. Həmin əraziyə yaxın “ Patoloji Anatomiya Muzeyinə” də baş çəkdik. Muzeydə müxtəlif heyvanların orqanları və xəstəlik aşkar olunmuş nümunələri şüşə qablarda saxlanılır. Hətta eləsi var idi ki, tarixinə baxanda çox əvvələrə gedib çıxır. Hətta otaqda təcrübə otağı da fəaliyət göstərir. Bu nümunələri saxlamaqda əsas məqsəd tələbələrə əyani şəkildə təcrübə keçməkdir.

Mənə isə ən çox maraqlı gələn  müxtəlif aylıqda insanın ana bətnindəki embrionu oldu. Bir insanın  necə dəyişərək böyüməsi  prosesi praktik şəkildə şüşə qabda saxlanılır.

Nəhayət son üz tutduğumuz məkan  Azərbaycanın ən dərin gölü, şəffaf suyu, zəngin faunası, gözəllik nişanəsi olan Göygöl oldu. Sərin havası, yaşıllıqlarla əhatə olunmuş bu məkanda sanki, insan  mənəvi rahatlıq tapır. Ruhu dincəlir, özünü bir cənnətdə hiss edir...

 

Jalə Mehdi

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa Birliyi Lukaşenkonun inauqurasiya mərasimini TANIMADI 24 Sentyabr 2020, 10:02 Bərdədə qadın əməliyyat olunduqdan sonra ÖLDÜ 24 Sentyabr 2020, 10:00 Türkiyədə təhlükəli həşərat növü aşkarlandı - FOTO 24 Sentyabr 2020, 09:58 Neft yenidən ucuzlaşdı 24 Sentyabr 2020, 09:55 Gəncə YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib - FOTO 24 Sentyabr 2020, 09:50 Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olacaq 24 Sentyabr 2020, 09:44 Çempionlar Liqasında “pley-off”un ilk oyunları yekunlaşdı - NƏTİCƏLƏR 24 Sentyabr 2020, 09:40 Dollar günə bu qiymətlə başladı 24 Sentyabr 2020, 09:34 Gücümüz birlikdədir! 24 Sentyabr 2020, 09:28 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI 24 Sentyabr 2020, 09:22 Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR 24 Sentyabr 2020, 09:16 Ali məktəblərədə boş qalan yerlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq 24 Sentyabr 2020, 09:10 DİM-dən tələbə adı qazananlara XƏBƏRDARLIQ: “Vaxtında qeydiyyatdan keçməsəniz...” 24 Sentyabr 2020, 09:04 Ceyhun Bayramov Gürcüstana gedti 24 Sentyabr 2020, 08:58 Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23