Modern.az

Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı

Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı

17 İyul 2019, 21:45

Şamaxıda baş vermiş qəzada xəsarət alanların sayı 6 nəfərə çatıb.

Modern.az xəbər verir ki,  rayonun Göylər kəndində "QAZ 3110" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində Şamaxı və Kürdəmir sakinləri-1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü il təvəllüdlü Şükürov Saleh Taleh oğlu, 1996-cı il təvəllüdlü Qəhrəmanov Elməddin Elşad oğlu, 1986-cı il təvəllüdlü Mürsəlov Elvin Eynulla oğlu və 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğlu və 1990-cı il təvəllüdlü Şükürov Ruslan Balacan oğlu xəsarət alıb.

Xəsarət almış şəxslər təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi