Modern.az

Sumqayıtda 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Sumqayıtda 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Aktual

18 İyul 2019, 19:39

Sumqayıtda dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəminin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il  sentyabrın 30-da saat 07:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Rövşən Həsənovun idarə etdiyi “Mercedes Benz 208 D” markalı, 01-BP-806 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qabil Məmmədovun idarə etdiyi “Mersedes Benz 4140” markalı, 90-CT-969 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü R.Həsənov, həmin mikroavtobusun sərnişini, təqribən 60-65 yaşlarında naməlum qadın aldıqları xəsarətlərdən hadisə yerində, sərnişinlər Raisa Rzayeva və Tamara İsmayılova isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib. 

Mikroavtobusda olan digər 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətlərı ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Qabil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi