Modern.az

Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini 

Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini 

21 İyul 2019, 16:32

Bərdə Rayon İcra Hakimiyyətin başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev yanğın baş verən ərazidə olub.

 

Modern.az xəbər verir ki, V.Qarayevlə yanaşı, rayon hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların rəhbərləri gecə saatlarında yanğının baş verdiyi Üzeyir Hacıbəyov küçəsindəki “Köhnə bazar” adlanan ərazidə olublar.

 

İcra başçısının müavini hazırda faktla bağlı araşdırma aparıldığını deyib:

 

"İlk növbədə yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.

 

V.Qarayev qeyd edib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Yeddi sahibkara məxsus 12 mağaza yanıb. Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır.

İş adamlarına bildirilib ki, rayon Fövqəladə hallar komissiyası yanında xüsusi qrup yaradılıb. Qrup hadisənin səbəblərini və dəymiş ziyanı araşdırır.

 

Qeyd edək ki, umumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

 

Yanğın nəticəsində sahibkarlara təxminən 500 min manatadək ziyan dəydiyi bildirilir.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülərək digər tikililərə keçməsinin qarşısı alınıb.

 

Hadisəyə səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür