Modern.az

Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var

Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var

23 İyul 2019, 21:46

İranın şimalında yerləşən Mazandaran vilayətinin Tonekabon rayonunda dizel yanacağı aparan tanker "Pride" markalı avtomobillə toqquşub.

Modern.az-ın "Trend"ə istinadən məlumatına görə, bunu İranın Mazandaran vilayəti Tonekabon Təcili Tibbi Hallar Mərkəzinin direktoru Nima Nejad Müqəddəm deyib.

N.Nejad Müqəddəmin sözlərinə görə, yanacaq tankeri avtomobilin üzərinə aşıb. Nəticədə avtomobilin 4 sərnişini həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir