Modern.az

Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib

Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib

24 İyul 2019, 09:06

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbə çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət daxil olub.

Bu haqda Modern.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Müraciətlərdən altısı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər.

15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?