Arxiv
1 Avqust 2019, 16:58 |
Uğurlu iqtisadi göstəricilər məqsədyönlü siyasətin, təkmil islahatların bəhrəsidir

Hər bir ölkənin tərəqqisində, davamlı inkişafında möhkəm təmələ əsaslanan siyasət əsas rol oynayır. Azərbaycanın bu günündən əvvəlki illərə nəzər yetirdikdə zamanın tələblərinə uyğun olaraq təkmilləşən, yeniləşən siyasətin hansı uğurlara yol açdığını aydın görürük.

 

Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında 10 ən islahatçı ölkə arasında yer tutursa, biznes mühitinin yaxşılaşdırılması fonunda yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınırsa, bu, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir. Ən əsası ölkəmiz dünyada sosial dövlət kimi nüfuz qazanıb. Bu mühüm məqam həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayandığını bir daha təsdiqləyir.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev “İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir” fikirləri ilə 2019-cu ilin də uğurlu sonluqla başa çatacağına əminliyini ifadə edir və bunu rəqəmlər əsasında diqqətə çatdırır: “2019-cu ilin 6 ayında iqtisadiyyatımız 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, kənd təsərrüfatı 13 faiz artıb. Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektorunun payına düşür. İnflyasiya cəmi 2,5 faizdir”.

 

“Uğurlu iqtisadi göstəricilər məqsədyönlü siyasətin, təkmil islahatların bəhrəsidir”,- söyləyən V.Rəhimzadə əlavə edib ki, bu inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını, vətəndaşların firavan həyatına xidmət edən fərman və sərəncamların imzalanmasını da şərtləndirir. Bu ilin ilk aylarından təsdiqlənən sosial islahatlar paketi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar kimi dəyərləndirildi. Möhtərəm Prezidentimizin təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180 manata, pensiyaların minimum məbləği isə 40 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Dövlətimizin başçısı İlham Əliyevin ikinci sosial paketini əhatə edən 2019-cu il 18 iyun tarixli sərəncamları bir daha insan amilinə verilən dəyərə işıq salmaqla yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların davamlılığını nümayiş etdirdi. İmzalanan 17 sərəncamla minimum əməkhaqqının, müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. Bu sənədlərə əsasən minimum əməkhaqqının məbləği cari ilin sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çadırılacaq. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müşavirədə bir daha diqqəti cari ilin ötən dövründə həyata keçirilən sosial islahatlara yönəldərək bu rəqəmi də açıqlamışdır ki, sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir”.

 

V.Rəhimzadə vurğulayıb ki, atılan bu addımlar dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü bu hədəfə işıq salır: “Sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev bu mühüm məqamı da çıxışlarında vurğulayır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə səsləndirilən fikirlər və rəqəmlər bir daha bu hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqlədi. “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik”,- söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, sosial sahə bizim üçün prioritetdir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir”.

 

Baş redaktor uğurlarımıza söykənərək diqqəti bu günlərdə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Foruma yönəldərək bu mühüm məqamı da açıqlayıb ki, BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil edilib: “Həmin Forumda Azərbaycanın yoxsulluqla mübarizə sahəsində təcrübəsi təqdir olunub, öyrənilməsinin vacibliyi bildirilib. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi təbii ki, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. İşsizliyin səviyyəsi 5 faizdir. Təkcə cari ilin 6 ayında 60 min yeni iş yeri açılıb. Dövlətimizin başçısı İlham Əliyev daim bu hədəfi açıqlayır ki, yeni iş yerlərinin açılması davamlı olmalıdır. Bu mühüm məqsədi şərtləndirən əsas amil isə ölkəmizin demoqrafik vəziyyətidir. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artıb. Artıq 2019-cu il Azərbaycan tarixinə 10 milyonuncu vətəndaşın dünyaya gəlişi, 10 milyonluq ölkə olmağımız kimi mühüm hadisənin yazılması ilə yadda qalacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51