Modern.az

Deputat Musa Yaquba baş çəkib səhhəti ilə maraqlandı - FOTO

Deputat Musa Yaquba baş çəkib səhhəti ilə maraqlandı - FOTO

3 Avqust 2019, 17:13

Deputat Çingiz Qənizadə bu gün uzun müddətdir xəstəlikdən əziyyət çəkən xalq şairi, Musa Yaquba baş çəkib.

 

Ç. Qənizadə Modern.az-a açıqlamasında xalq şairinin durumunun qənaətbəxş olduğunu söyləyib:

 

“Bu gün İsmayıllı rayonunun Buynuz kəndində yaşayan xalq şairi Musa Yaquba baş çəkdim. Səhhəti ilə bağlı maraqlandım. Hazırda durumu normaldır”.

 

Qeyd edək ki, 82 yaşlı xalq şairi uzun müddətdir, parkinson xəstəliyindən əziyyət çəkir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi