Modern.az

Toydakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

Toydakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

6 Avqust 2019, 09:51

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində qeydə alınan kütləvi zəhələnmənin ilkin səbəbi məlum olub.

Bu barədə Modern.az-a Qəbələ rayonu İcra Hakimiyyətinin Zərgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səməd Xəlilov məlumat verib.

S.Xəlilov qeyd edib ki, toy həyətdə keçirilib:

“Toy restoranda keçirilməyib, həyətdə olub. Hazırda araşdırmalar aparılır”.

Kənd rəsmisinin sözlərinə görə, ilkin ehtimal kimi zəhərlənmənin qablaşdırılmış  sudan baş verdiyi bildirilib:

“Sular da mağazadan alınmış, qablaşdırılmış sulardır. Zəhərlənmənin yeməklərdən yox, məhz sudan baş verdiyi ehtimal edilir. Ona görə də həmin sulardan Azərbaycan Qida Təhlükəsiliyi Agentiyi, Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları, polislər nümunələr götürüb. Bundan əlavə məlumat verə bilmərəm”.

 

S.Xəlilov qeyd edib ki, xəstələrin vəziyyəti normaldır, hamısı evə yazılıb:

“Toyu olan bəy və gəlinin isə səhhətində heç bir problem yoxdur. Onlarda zəhərlənmə qeydə alınmayıb”. 

Qeyd edək ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon Xəstəxanasına və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfər olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir