Arxiv
9 Avqust 2019, 08:44 | MEDİA
Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI+ FOTOLAR

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. 


Modern.az saytı xəbər verir ki, bu il tələbə adı qazanmış gənclər arasında xeyli jurnalist övladı da var.



Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən tələbə valideynləri sayılırlar. Onları qızı Fidan Əliyeva Bakı Dövlət Universitetində jurnalistika ixtisasına ingilis dilində yiyələnəcək.
 

Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərovun qızı Ləman İsgəndərova da tələbə olanlar sırasındadır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə qəbul olunub. 


Bu ildən ali məktəbdə təhsil alacaq tələbələr sırasında jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də olaacq. O, Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında Regionşünaslıq (Amerika üzrə əyani) oxuyacaq.

FED.az biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da tələbələr sırasına qoşulub. Cavidan ADA Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.


Qızının ali məktəbə daxil olmasına sevinən valideynlərdən biri də "Region plus" jurnalının baş redaktoru Namiq Mayılovdur.  Onun qızı Fidan Mayılova Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi (türk dilində) ixtisası üzrə təhsil alacaq. 


Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da sevincli anlar yaşayır. Onun oğlu  Oqtay Dövlət İqtisad Universitetində Maliyə və kredit ixtisasına sahiblənəcək. 


“Xalq Cəbhəsi” qəzetinin redaktoru Mahir Zeynalovun qızı Gülnur Zeynallı isə Qərb Universitetinin Biologiya ixtisasına qəbul olub.


Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarov da bu gün xoşbəxt atalardandır. Onun qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək. 


“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimovun qızı Leyla Rəhimova da tələbə olub. O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində dovlət sifarişli təhsil hüququ qazanıb. 


Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu Murad da bu ildən ali məktəbin tələbəsi kimi dərsə gedəcək. O, Polis Akademiyasında təhsil alacaq.


Bakı Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Avılbəylinin oğlu Nihat Əliyev builki qəbul imtahanlarında 420 bal toplayıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olunub.


“Azərbaycan” qəzetinin əməkdaşı Cəfər Kərimovun oğlu Cavid də bu ildən tələbə kimi ali məktəbin qapısını açacaq. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alacaq.


AZƏRTAC-ın müxbiri Pərvanə İmanovanın oğlu Elgün Məmmədli də tələbə adını qazananlar sırasındadır. Belə ki, o, Bakı Dövlət Universitetinin Regionşünaslıq fakültəsinə (Amerika üzrə) daxil olub.

“Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalının oğlu də Elçin tələbələr sırasına qoşulub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompter elmləri fakültəsində təhsil alacaq.



Müstəqil jurnalistlər Məmməd Süleymanov və Kifayət Haqverdiyeva cütlüyü də oğlanları Süleymanın uğuruna sevinib. Jurnalist övladı Xəzər Universitetinin Regionşünaslıq fakültəsinin tələbəsi adını qazanıb.

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlünün qızı Dərya da həyatının ilk imtahanından uğurla çıxıb. O, 501 balla ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub.




A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03 Prezident onları təltif etdi - SİYAHI 21 Avqust 2019, 18:56 Sabir Nağıyevə general-leytenant rütbəsi verildi- Sərəncam 21 Avqust 2019, 18:46 Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür - Siyavuş Novruzov 21 Avqust 2019, 18:31 Aktyor Məhərrəm Qurbanov vəfat etdi   21 Avqust 2019, 18:21 AFƏRİN deyirik! Halal olsun SİZlərə!!! 21 Avqust 2019, 18:11 Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər 21 Avqust 2019, 18:00 Daxili işlər nazirindən yol polisinə yeni TƏYİNAT 21 Avqust 2019, 17:53 “Sığortalı gələcək” proqramına start verilib 21 Avqust 2019, 17:47 Şüurlu vətəndaşlığın adi tələbi 21 Avqust 2019, 17:44 Sabahın məznnəsi açıqlandı 21 Avqust 2019, 17:36 Bu il ali məktəblərin qəbul planı 91.03 faiz dolub - DİM-in STATİSTİKASI 21 Avqust 2019, 17:16 Meşə yanğınlarının əsas səbəbi AÇIQLANDI 21 Avqust 2019, 17:10 Həyəcanlı an 21 Avqust 2019, 17:08 Pilotumuzun cənazəsinə sərilən bayraq xanımına verildi - FOTOLAR+VİDEO 21 Avqust 2019, 16:54 Roza Zərgərli: “Mənə Azərbaycanın Kardaşyanı deyirlər” - Müğənni ombasından DANIŞDI 21 Avqust 2019, 16:35 İcra başçısı Nərimanov sakinləri ilə müzakirələr apardı 21 Avqust 2019, 16:31 4 ayda 500 milyon arı ölüb - MÜƏMMA 21 Avqust 2019, 16:27 6 yaşlı məktəblininin çantası 2 kq olmalıdır  - HƏKİM 21 Avqust 2019, 16:26 Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən ETİRAF 21 Avqust 2019, 16:06 Bakıda ana övladını ayaqlarından zəncirləyib - İşgəncə TƏSDİQLƏNDİ 21 Avqust 2019, 16:02 Binəqədidə "Gənclik günü" - Fotolar 21 Avqust 2019, 15:52 Sərbəstlikdən ... özbaşınalığa 21 Avqust 2019, 15:34 Bakı-Tbilisi-Qars dəmir yolu üçün 10 yeni vaqon gətiriləcək 21 Avqust 2019, 15:30 “Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov 21 Avqust 2019, 15:29 “Qaçqınkom” sədri Gədəbəydə məcburi köçkünlərin müraciətlərini dinlədi 21 Avqust 2019, 15:28