Modern.az

Nardaranda FACİƏ: bir ailədən 4 azyaşlı dənizdə boğuldu

Nardaranda FACİƏ: bir ailədən 4 azyaşlı dənizdə boğuldu

10 Avqust 2019, 20:01

Nardaranda dənizdə 4 uşaq batıb.

Modern.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.



M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir.
Ölənlər hamısı əmiuşaqlarıdır. Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir