Arxiv
12 Avqust 2019, 13:30 | MƏDƏNİYYƏT
Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - İnanclar, adətlər...

Yer üzündəki bütün millət və irqlərdə toy adətləri bir-birindən fərqlidir. Lakin  bir məsələdə fikirlər üst-üstə düşür. Belə ki, demək olar bütün ölkələrdə nişan üzüyü eyni barmağa taxılır. Xalq arasındam həmin adsız barmaq “üzük barmağı” deyə də adlandırılır. Maraqlıdır, nişan üzüyü niyə sol əlin soldan ikinci barmağına, yəni adsız barmağa taxılır?  Nişan üzüyünün və nişan barmağının mahiyyəti nədir?

Modern.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.

Yaşlı nəslin  sözlərinə görə,  əvvəllər xanımlar barmaqlarının beşinə də üzük taxardı. Əgər qadın yalnız  baş barmağına üzük taxırsa, deməli, o, duldur. Şəhadət barmaqda üzük "yar axtarıram" deməkdir. Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması demək idi. Adsız barmaq isə qızın nişanlı olmağına işarə idi. Çeçələ barmağa üzüyü isə hələ ərə getməyi düşünməyən qızlar taxırdı. 
Adsız barmağa ona görə nişanlı olanlar üzük taxırdı ki, bu barmağın ürəklə əlaqəsi olduğunu düşünürdülər.  Həm də nişanlılar bir-birindən uzaqda olurdular və nişanlılar bu barmağın sehirli bir qüvvəyə malik olduğuna və uzaq olsalar da,ürəklərini birləşdirdiyinə inanırdılar.

Bəs üzük mərasimi qədim dünya mədəniyyətində  necə formalaşıb?

Qədim Misirdə halqa fiquruna böyük əhəmiyyət verilib. Bu işarənin mənası əbədiyyət və sonsuzluq demək idi. Fironların istifadə etdiyi bütün əşyaların, yataq örtüyünün, geyimlərin üzərində halqa işarələri var idi. Bununla fironlar özlərinin əbədi və sonsuz olaraq var olacaqlarına inanırdılar.

Bunun səbəbi kimi halqanın heç bir ucunun, sonunun olmaması qəbul edilirmiş. Bu  bir növ həyatın  dövranı, doğuluş və ölüm dövranı sayılırdı. Halqa həm də Günəşin simvolu hesab olunub. Misirlilər Günəşə Tanrının ən böyük enerji ocağı kimi ehtiram göstərirdilər. Qədim Misir heroqliflərində bu cür halqa işarələrinə çox rast gəlinir. Araşdırmaçılar hesab edir ki, nişan üzüyü və üzüyün adsız barmağa taxılması adəti də məhz misirlilərdən qaynaqlanıb.

 

Dövrümüzdə də nişanlı gənclərin, evli cütlüklərin sol əlinin adsız barmağını bəzəyən nişan üzüyünü Misirdə ilk dəfə şahzadə Nefertiti taxıb. Hindistanda isə bu adətin daha qədimlərdə təşəkkül tapdığı haqda məlumatlar var.


Qədim Romada insanlar "vena amoris" deyə anlayışın olmağından danışırlar. Bu sözün tərcüməsi "eşq damarı" deməkdir. Romalılar inanırdı ki, sol əlin sağdan 4-cü barmağı xüsusi bir damarla ürəyə birləşir. Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada da bu inanc mğvcuddur.


Üzük mədəniyyəti hətta mağara dövründə də vardı. Sap və ya parçadan olan ilkin üzüklər xanımların bəzək əşyası sayılırmış və adsız barmağa taxılırmış. Adsız barmaqlardan birbaşa ürəyə fiziki və energetik bağlantı var imiş.


Xristian adətlərinə görə də sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.


Bəzi Avropa ölkələrinin mədəniyyətinə görə, qadın üzüyü dördüncü barmağına toydan öncə, nişanlı dövründə taxır, amma daha sonra, yəni rəsmi olaraq evlənəndə üzüyü sağ əlinin adsız barmağına keçirir.

Hazırda da öz aktuallığını itirməyən nişan üzüyü demək olar ki, izdivacı olan bütün cütlüklərdə var. Lakin apardığımız sorğuya əsasən, nişanlı olan şəxslər, xüsusilə evləndikdən sonra üzük taxmaqdan imtina edir. Səbəblər müxtəlif olsa da, əsas fakt kimi qadınlar üzüyü itirmə qorxusunun olduğunu, kişilər isə gündəlik olaraq üzük taxmağın onlarda narahatlıq yaratdığını bildirir.

İstənilən halda üzük iki şəxsi bir- birinə bağlayan və münasibətin əsas təzahürü olan nisbi anlayışdır, bu anlayışın izdivacı olan cütlüklərdə heç zaman itməməsi gözəl olardı.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA 5 Avqust 2020, 15:23 İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik I oxunuşda qəbul edilib 5 Avqust 2020, 15:20 Siyavuş Novruzov: “Kim korrupsiya ilə məşğuldursa, adı deyilsin” 5 Avqust 2020, 15:18 Kamran Əliyevdən 6 ayın HESABATI: “103 cinayət qrup zərərsizləşdirilib” 5 Avqust 2020, 15:17 Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı 5 Avqust 2020, 15:10 AQTA sədrinə yeni müavin təyin olunub 5 Avqust 2020, 15:03 Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edildi 5 Avqust 2020, 14:57 “Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO 5 Avqust 2020, 14:55 Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33