Modern.az

Bakıda zəncirvari yol qəzası

Bakıda zəncirvari yol qəzası

13 Avqust 2019, 22:53

Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.

Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi