Modern.az

Gürcüstanda qadın turistlər itkin düşdü

Gürcüstanda qadın turistlər itkin düşdü

Dünya

15 Avqust 2019, 00:17

Gürcüstanın Svaneti bölgəsində Belarus vətəndaşı olan üç turist itkin düşüb.

Modern.az  xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir.

Belarus vətəndaşlarının axtarışları istiqamətində tədbirlər həyata keçirilir. Səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Sərhəd Polisinin helikopterinin cəlb olunacağı planlaşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!