Modern.az

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

16 Avqust 2019, 19:22

Ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov 94 yaşında uzun sürən xəstəlikdsən sonra vəfat edib. Modern.az-a bu barədə onun yaxınları məlumat verib.

Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək.

 

Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 1948-ci ildə Bakı Dövlət Universitetini bitirən Pənah Xəlilov ömrünün 75 ilini bu ali təhsil ocağına həsr edib.

 

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ