Modern.az

Mehmanxana yandı, 8 nəfər can verdi

Mehmanxana yandı, 8 nəfər can verdi

17 Avqust 2019, 11:39

Ukraynanın Odessa şəhərində hotellərin birində baş vermiş yanğın nəticəsində 8 nəfər həlak olub.

 

Modern.az-ın məlumatına görə, yanğın gecə saatlarında “Tokio Star” hotelinin ikinci mərtəbəsində başlayıb.

Hadisə nəticəsində həmçinin 10 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması üçün 65 yanğınsöndürən və 10 texnika cəlb olunub.

Yanğının səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI