Arxiv
19 Avqust 2019, 15:47 | PARLAMENT
“Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...”

Tanınmış jurnalist Nəsimi Nəbizadə sosial şəbəkə vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək  nazirdən Bakının “Torqovı” adlanan məkanındakı biabırçılığın aradan qaldırılmasını xahiş edib.

İnsanların gəzinti və istirahət üçün üz tutduğu “Tarqovı” adlanan ərazidə əxlaqsız qadınların çoxluğu və hətta meydan sulamağı ciddi ictimai narazılıq doğurub.

“Cənab nazir, hörmətli Vilayət Eyvazov...

Sizin kimi peşəkar və təcrübəli, savadlı və müasir nazirimiz var... Və siz Naxçıvan torpağındansız... O gözəl və qeyrətli torpaqdan... Azərbaycanın böyük torpağından...

"Torqovı" biabırçılıqdı... Ora əl gəzdirin... O park Bakının vizit kartıdı... Əncam çəkin, göz qabağıdı... Biz o cür deyilik axı... Bizim polisimiz bizi hər mənada qorumalıdı axı...”, - Nəsimi Nəbizadə bildirib.


Doğrudan da bu biyabırçılığı aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidi?

 

Modern.az bu sualı Milli Məclisin üzvlərinə ünvanlayıb.

 

Deputat Tahir Kərimli bu kimi mövzulara daim siyasi tərəfdən yanaşdığını bildirib.

 

“1990-cı illərdə ilk deputat çıxışımda mənəviyyat və əxlaq polisinin yaradılması ilə bağlı fikir söyləmişdim. Hələ o zamanlar bu kimi hadisələr belə geniş vüsət almamışdı. Çox təəssüf edirəm ki, kapitalizm hər şeyə imkan verir - pisə də, yaxşıya da. Məhz buna görə pislərin sayı artır və pis hadisələrin qarşısını almaq lazımdır”.

 

Tahir Kərimli qeyd edib ki, bu hadisələr məhdudlaşdırılmassa əgər artmağa davam edəcək.

““Torqovı”da və küçələrdə baş verən bu tip hadisələr sadəcə lakmus kağızıdır. Belə hadisələrin çoxalmasında əsas səbəblərdən birincisi turistlərin, ən çox da ərərblərin Azərbaycana gəlişidir. Bəzən bunu sosial məsələlərlə bağlayırlar. Mən çoxlu misallar gətirərdim ki, elə ölkələr var ki, ora geniş turist axını var, amma əxlaqsızlıq belə geniş tüğyan eləmir. Belə halları çox zaman stimullaşdırırlar, əgər stimullaşmasaydı, əxlaqsızlıq bu qədər geniş olmazdı. Açıq danışıram, belə hadisələrin baş verməsi üçün onun arxasında duran, pul qazanan insanlar var. Bunu təkcə sosial məsələlərə bağlamaq düzgün deyil, bu hallardan qazanc əldə edənlər də var.  Ən mühüm məsələ ictimai-siyasi vəziyyətin möhkəmləndirilməsidir. Bu nöqteyi-nəzərdən müvafiq orqanlar cinayət və inzibati qanunvericiliyə uyğun olaraq öz tədbirlərini görməlidirlər. Mən parlament səviyyəsində dəfələrlə bu kimi  məsələlərə toxunmuşam. Bəziləri deyir ki, Gürcüstanda kazinolar, qumarxanalar var, yaxşı turist cəlb edir. Bizə elə var-dövlət, elə qazanc lazım deyil. Bu hadisələr də həmçinin, belə hadisələrin arxasınca qaçmamalıyıq. Əxlaqsızlıq bizim millətə xas olan hal deyil. Bunun qarşısı həm qanunvericilik, həm də inzibati yolla alınmalıdır”.

 

Deputat Fəzail Ağamalı mövzu haqqında danışmağı əxlaqına sığışdırmadığını bildirib.

 

“Əslində mən bir neçə il bundan əvvəl məsələ qaldırdım ki, açıq deyəcəm, əllərində pul qadınlara müraciət edənləri deportasiya etmək lazımdır. Bu məsələ həmin vaxt sensasiyaya səbəb oldu. Bu məsələyə yenidən qayıtmağımın bir adı yoxdur. Ümumiyyətlə, əxlaqsız hərəkətlərin qarşısı alınmalıdır”.

 

Deputat Tahir Rzayev isə bildirib ki, qadınlarımızı alçaltmağa haqqımız yoxdur:

 

“Kim nə bilir ki, küçədəki qadın əxlaqsızdı. Bəlkə kimisi geyinib hansısa əzizini gözləyir, ya da kimsə tanışıyla bir yerdə oturub çörək yeyəcək. Hər yerdə var ki, qadın bəzənib-düzənsin, geyinib-keçinsin. Biz hardasa yaxşı geyinən qadın görürüksə, o saat deyirik ki, əxlaqsız qadındı. Bunların hamısı bizim xalqın adına yazılır. Belə şeyləri açıb-ağartmamalıyıq, əksinə tərbiyə etməliyik. Amma hamı bir ağızdan deyir ki, “Torqovı”da əxlaqsızlıq baş alıb gedir”.

 

Tahir Rzayev bildirib ki, bütün qadınları əxlaqsız adlandırmaq olmaz:

 

“Çox vaxt deyirlər ki, qızlarımız ərəblərlə tanış olur-filan. Bunların hamısı yalan sözlərdir. Heç vaxt bizim qızlar öz namuslarını alçaldıb hansısa bir yöndəmsiz ərəblə söhbət eləməz. Ola bilər ki, dostluq münasibəti ilə tanış olarlar, bunun əksini düşünmək olmaz. Olar ki, qadınlarımız turistdən intervyu götürər. Biz qadınlarımızı o qədər aşağı səviyyədə təqdim edirik ki… Qızlarımızın, qadınlarımızın qeyrəti bizim qeyrətimizdi, bütün Azərbaycanın qeyrətidi. Əgər ərəblər qadınlarımıza pis gözlə baxarlarsa, polisimiz, igid oğlanlarımız onların gözünü deşər.  Lakin bunu yaymaq düzgün deyil. Mənim Azərbaycanımın qadınları hamıdan namusludu, hamıdan qeyrətlidi. İndi içində bir-ikisi “elə”dirsə,  bunu onların timsalında bütün Azərbaycan xanımlarına yaraşdırmaq düzgün olmaz. Mən öz qadınlarımızı Günəş, Ay hesab edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yanğın: 10 nəfər təxliyə olundu 16 Noyabr 2019, 00:09 Azərbaycan neftinin qiyməti dəyişdi 15 Noyabr 2019, 23:47 Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı 15 Noyabr 2019, 23:32 Aksiyada polisə qarşı nalayiq hərəkət edən jurnalist cərimələnib 15 Noyabr 2019, 23:16 “Instagram” laykların sayını gizlətməyə başlayıb 15 Noyabr 2019, 23:03 Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı 15 Noyabr 2019, 22:46 Boşanan kişilər üçün sığınacaq yaradılır 15 Noyabr 2019, 22:29 Gəncədə oğul atasını qətlə yetirdi 15 Noyabr 2019, 22:13 Tramp impiçment  barədə danışdı 15 Noyabr 2019, 21:54 Mühacir skandalı böyüyür: Arif Hacılı mətbuat konfransı keçirəcək 15 Noyabr 2019, 21:37 5 PKK terrorçusu zərərsizləşdirildi 15 Noyabr 2019, 21:25 Krım zooparkında cırtdan donuzlar məhv edildi - SƏBƏB 15 Noyabr 2019, 21:11 Generaldan plyonka ilə bağlı göstəriş - RƏSMİ 15 Noyabr 2019, 20:55 İlham Əliyev Xalq Cəbhəsi dövründən danışdı: Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər   15 Noyabr 2019, 20:37 "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq" - Nikola Yurçeviç 15 Noyabr 2019, 20:19 İŞİD-in əsas rəhbərlərindən daha biri həbs edildi 15 Noyabr 2019, 20:06 Bərdədə 19 yaşlı gənc bıçaqlandı 15 Noyabr 2019, 20:00 Azərbaycan həmişə ABŞ-ın dəstəyini hiss edib - SPİKER 15 Noyabr 2019, 19:48 Rəfael Piriyev deportasiya edilmək üçün Fransadan Almaniyaya GƏTİRİLDİ 15 Noyabr 2019, 19:36 Azərbaycan meyvə-tərəvəz ixracını artırıb   15 Noyabr 2019, 19:20 “Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO 15 Noyabr 2019, 19:10 Bu yollarda sürət həddi endirildi 15 Noyabr 2019, 19:00 Fikrət Məmmədov vətəndaşları qəbul edib - FOTO 15 Noyabr 2019, 18:50 Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11