Modern.az

Həccə gedənlərin ilk qrupu Bakıya qayıtdı

Həccə gedənlərin ilk qrupu Bakıya qayıtdı

21 Avqust 2019, 15:04

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

Modern.az-ın məlumatına görə, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

 

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi